Şənbə, 05 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Şöbə rəisi boş zalın qarşısında 1 saat danışıb - Rüsvayçılıq

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Polşada, ATƏT-in tədbiri zamanı boş zalın qarşısında 1 saat şıxış edərək, onu videoya çəkdirib...

“AzPolitika.info” xəbər verir ki, biabırçı “tədbirin” şahidi olan jurnalist Səbuhi Abbasov bu haqda məlumat verib. Jurnalist bununla bağlı özünün “Facebook” profilində yazır:

“Deməli, Polşada ATƏT-in tədbirində ayrı-ayrı zallarda paralel tədbirlər (“side event”) keçirilir. Belə tədbirlər bir dövlətin mühüm mesajlarının Avropaya çatdırılması baxımından çox əhəmiyyətlidir. 20-27 sentyabr tarixlərində azı 6 “side event”də iştirak etdim. Ən ağrılı, acılı isə isə bizim ölkənin tədbiri oldu. Deməli, 200 nəfərlik zal icarəyə götürülüb (1 saatı 550 avro), azı 100 nəfərlik yemək masası açılıb, əlavə videoçəkən və fotoqraf kirayələnib. Sizcə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi tərəfindən bu qədər xərc çəkilən 1 saatlıq tədbirə neçə nəfər qatılıb? Fotodan da yəqin görürsünüz: Cəmi 2 nəfər!

“Bu biabırçılığa susmaq xəyanətdir”, deyə davam edən S.Abbasov ən heyrətamiz məqamı vurğulayır: “Təsəvvür edin, mən gələndən sonra içəridə cəmi 3 nəfər oldu. Heyrət etdiyim məqam bilirsiniz hansı oldu? Etibar Nəcəfov düz 1 saat kameraya baxaraq danışdı, Azərbaycan haqq səsini dünyaya “çatdırdı”. Ola bilsin həmin situasiyada elə ən düzünü Etibar Nəcəfov elədi. Ancaq şəxsən mən olsaydım xəcalətdən tədbiri təxirə salardım. 1 saat boş zalda, kameraya niyə danışım ki? Guya bu videoya baxıb, hesabatı qəbul edən soruşmayacaqmı, ay bala, zalı da göstər?… Bəli, o zala ATƏT Sammitinin iştirakçılarından yığmaq olduqca asan idi. Ən azı bufetdə zaman keçirən QHT və media nümayəndələrini təamlara görə dəvət edirsən, qaça-qaça gəlirlər. 200 yer dolur, üstəgəl 100 adam da ayaqüstə qalır. Əlbəttə, mən tədbirin niyə belə biabırçı keçməsini soruşdum. Etibar Nəvəfov və Polşa səfirliyində işləyən Fidan xanım qeyd etdi ki, biz bir neçə gün əvvəl tədbirlə bağlı flayerlər dağıtmışıq. Yəni tutar qatıq, tutmaz ayran”.

Şöbə müdirinin “möhtəşəm tədbirindən” fotoları təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“ - Tiqran Abrahamyan

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı açıqlama

Ara Ayvazyan jurnalistlərə əsəbləşdi: "İlham Əliyevi niyə belə diqqətlə oxuyursuz?"

Kəlbəcər məktəbində biabırçılıq: Prezidentin şəklinə görə pul yığırlar - Video

Komendant saatının ləğvi ilə bağlı açıqlama

Ramiz Mehdiyevin ortağı olan məşhur iş adamı karantində toy elədi – Adı niyə gizlədilib?

Tofiq Zülfüqarov Musabəyovu dəstəklədi: "Türk hərbçilərinin gəlməsini istəyənlər.."

Türk professor koronavirusu məhv edən ən güclü təbii silahı açıqladı

“Oktyabrda Paşinyan yanlış qərar verdi, bir korpus darmadağın edildi” – Köçəryan açıqladı

Kəlbəcərdə AzTV-nin əməkdaşları ilə erməni keşişlər arasında mübahisə yarandı - Video

Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - Ermənilər panikadadır

“Rusiyanın tör-töküntüsüdür, babası da eyni qələti edirdi” - Sərdar Cəlaloğlu Musabəyovu “yıxıb-sürüdü”

loading...

Ən çox oxunanalar