Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şöbə müdiri: “İki doza” tələbi Azərbaycanda tətbiq olunan bütün vaksinlərə aiddir”

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ölkəmizdə tətbiq olunan peyvəndlər barədə müsahibə verib:

- Hazırda ölkəmizdə hansı peyvəndlər tətbiq olunur?

- Hazırda ölkəmizdə Çinin “Sinovac Biotech” (SVA.O) şirkəti tərəfindən istehsal olunan COVID-19-a qarşı “CoronaVac” peyvəndi, Oksford Universitetində İngiltərə və İsveç alimləri tərəfindən yaradılan “AztraZeneca” (Vaxzevria), Rusiyanın Gamaleya Universitetində yaradılan “Sputnik V” və “Pfizer” – Almaniya biotexnologiya şirkəti “BioNTech” tərəfindən “Pfizer” və “Fosun Pharma” ilə birlikdə hazırlanmış COVID-19 əleyhinə mRNT əsaslı peyvəndlər istifadə olunur.

- Ölkəmizdə 4 peyvəndin tətbiqi davam etdirilir. Bu vaksinlər bir- birindən nə ilə fərqlənir?

- Peyvənd öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Peyvənd immun sisteminizə müəyyən xəstəliklərə qarşı immun reaksiyasını canlandıraraq infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Gələcəkdə həmin virus və ya bakteriya ilə bədən rastlaşarsa, immun sisteminiz artıq onlarla necə mübarizə aparacağını biləcək.

Dünyada peyvəndlənməyə iki cür yanaşma mövcuddur. GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı da bunu təsdiq edir. Canlı zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxalabilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.

Azərbaycan hökuməti tərəfindən COVAX platformasının dəstəyi ilə “AstraZeneca-SKBio” (Cənubi Koreya) tərəfindən istehsal olunan “AstraZeneca” vaksini də ölkəmizdə tətbiq edilir. Aparılan genişmiqyaslı sınaqlar göstərib ki, o, COVID-19 virusunun geniş yayılmasının qarşısının alınmasında yüksək dərəcədə təsirlidir. Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər. Vaksin vektor üsulu ilə hazırlanıb. Bu üsül yenilik deyil, vektor üsulu ilə vaksinlərin tədbiqi 1990-cı illərdə başlanıb. Orqanizm xarici bir zülalla təmasdan sonra virusa qarşı anticismlər istehsal etməyə başlayır. Peyvəndi adi məişət soyuducularında müvafiq temperaturlarda sabit saxlamaq olar və iki dozalıdır.

“İki doza” tələbi Azərbaycanda tətbiq olunan bütün vaksinlərə (“CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer”) aid edilir. Azərbaycan peyvəndləməyə başlayan ilk ölkələrdən biridir. Artıq ölkəmizdə 18 yaşdan yuxarı heç bir məhdudiyyət yoxdur, hər kəs peyvənd oluna bilər. Seçimə gəldikdə isə, vətəndaşın öz seçimidir. Vətəndaşlarımız hazırda ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiyini seçə bilər.

Yanvar ayından başlanan peyvəndləmə prosesinə ilk günlər insanlar şübhə ilə yanaşsalar da, bu gün artıq hər kəs anlayır ki, istənilən vaksinin yeganə məqsədi – xəstəliyə qarşı orqanizmdə immunitet yaratmaqdır. Bu da COVID-19 virusunun səbəb olduğu və yaratdığı xəstəlikdən yeganə müdafiə yoludur.

Ölkəmizdə istifadə olunan vaksinlər – “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” vaksinləri artıq öz səmərəliyini göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar