Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şöbə müdiri AMEA-nın “sandığını açdı”: “Xeyir ola, maaşdan gileylənənlərin bağlı-bağatlı evləri, villaları, ticarət şəbəkələri...”

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Adil Əliyev deyib ki, XXI əsrin ilk rübündə Azərbaycan Milli Elmlər Akademiyasına hər il dövlət büdcəsindən on milyonlarla vəsait ayrılsa da, ortaya ciddi bir ixtira qoyulmur: “XXI əsrin ilk çeyrəyində AMEA-ya hər il on milyonlarla vəsait ayrılır, yüzlərlə akademik, minlərlə professor adını daşıyan insanlar bu elm ocağında fəaliyyət göstərirlər, ortaya isə ciddi heç bir ixtira qoyulmur.” Millət vəkili xeyli mülayim davranıb və “ortaya heç bir ixtira qoyulmur” deyib. Mən isə deyirəm ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına nəinki ixtiralar edilmir, əksinə, heç bir faydalı işlər görülmür, ziyanlı işlər vasitəsilə külli miqdarda büdcə vəsaitləri mənimsənilir. Bu deyilənləri hər an sübut etməyə hazıram”.

PİA.az xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov deyib:

“Onu da qeyd edim ki, Milli Məclisin sədr müavini öz yazısında həmçinin böyük elmi tərəqqiyə imza atan elm adamlarımızı dəyərləndirir, eyni zamanda AMEA-nın “köhnə nomeklatura məmurları” tərəfindən elmdən kənar müzakirələrin mərkəzinə çevrilməsini pisləyir. Görəsən, burada doğru olmayan nə var ki?! Bunu qanunverici orqanın rəhbərliyində təmsil olunan şəxs deyir, özü də çox düz deyir. MM sədrinin müavini və ya hər hansı bir millət vəkili nəinki elm və təhsil qurumlarındakı qanunsuzluqlara münasibət bildirmək, həmçinin qanunsuzluqlar haqqında tədbir görülməsi üçün Milli Məclisdə məsələ qaldırmaq hüququna və öhdəliyinə malikdir”.

Şöbə müdiri AMEA YAP ərazi təşkilatı üzvləri adından bir fəlsəfə doktorunun imzası altında yayımlanan son yazıya da münasibət bildirib:

“Sanki Milli Məclis rəhbərliyində təmsil olunan şəxs AMEA-dakı qeyri-məhsuldar alimlərin səmərəsiz fəaliyyətindən, göyə sovrulan dövlət vəsaitindən danışa, dövlət əhəmiyyətli problemləri dilə gətirə bilməz. Dərhal həmin yetkilini aşağılayır, onun dediyi həqiqəti “qərəzli bəyanat”, özünü isə “elmdən tamamilə uzaq şəxs” kimi qələmə verib qaralamağa, haqqında iftiralar uydurmağa çalışırlar. Hətta bir az da irəli gedib deyirlər ki, çox maraqlıdır, görəsən, Adil Əliyevin özü alimlərə verilən əmək haqqı müqabilində işləməyə razı olarmı?” Bu sualın özü AMEA əkəkdaşlarının heç bir iş görmədiklərini təsbit edir, yəni onlar aldıqları maaşla iş görmürlər. Deməli, baş girələdiklərini bir daha təsdiqləyirlər. Onda niyə narahat olursunuz? Vitse-spiker elə sizin əməllərinizlə təsdiqlədiyiniz həmin gerçəkləri dilləndirir də. Müraciətdə deyilir ki, əgər Adil Əliyevi doğrudan da elmimizin gələcəyi bu qədər narahat edirsə, ötən illər ərzində o, nə səbəbdən Milli Məclisdə bir dəfə də olsun alimlərimizin, ümumilikdə AMEA-nın problemlərini qaldırmayıb”. Yenə də niyə narahat olursunuz axı? Hər şeyin bir vaxtı var. Cəmiyyətin “başbilənlər”i sayılan alimlər öz “problemlərini” qaldıra bilmirsə, susqunluğu ilə cəmiyyətin elmi-mənəvi deqradasiyasını şərtləndirirsə, “ver yeyim, ört yatım” prinsipi ilə başını girələyirsə, dövlət maraqlarının ayaqlanmasına kar və kordursa, büdcəsinin boşa sovrulmasını görməzdən gəlirsə, dövlət buna nə etməlidir?! Xeyir ola, maaşdan gileylənən bir sıra AMEA əməkdaşı dövlət qulluqçularının çoxundan qat-qat komfortlu həyat yaşayırlar?! Bağlı-bağatlı evlər, villalar, ticarət şəbəkələri... AMEA-da əsl zəhmət çəkib iş görənlərin acı taleyi də çoxlarına bəllidir. Qanun və ədalət prinsipləri arxa plana keçib. AMEA hazırkı vəziyyəti ilə əsl funksiyasını itirib, dövlətin strateji maraqları ilə uzlaşmır və inkişafla sözdə və çıxışlarda ayaqlaşsa da, əməldə ayaqlaşmır”.

İ.Abbasov “AMEA-nın əməkdaşı qismində prosesləri izləmək imkanı olan birisi kimi tam məsuliyyətlə deyirəm ki, vitse-spiker, doktor Adil Əliyev AMEA-da elmi manipulyasiyalar haqqında həqiqətlərin heç beşdə birini deməyib. Yəqin beşdə ikisini, ya beşdə üçünü desəydi, fırtınalar qopardı”,-deyib.(Cebhe.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar