Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Smartfonunuzda casus proqramı olmasının əlamətləri

Kamera və mikrofonun işləməsini tələb etməyən, lakin onlara giriş tələb edən tətbiqlər casus proqramı ola bilər.

Bu barədə rusiyalı haker, kibertəhlükəsizlik üzrə mütəxəssis Sergey Vakulin xəbərdarlıq edib.

“Əgər biz müdaxilə edənlərdən danışırıqsa, burada hər şey son dərəcə aydın və sadədir. Birincisi, tətbiq kameraya, mikrofona və s.-ə giriş hüquqlarını tələb edirsə. Bir çox istifadəçilər proqramları quraşdırarkən hər şeylə razılaşır və proqramın mümkün qədər tez işə düşməsi üçün bütün “icazə verin” sorğularına klikləyirlər. Heç kim heç vaxt maraqlanmır ki, nə üçün müəyyən bir tətbiqin kameraya və ya mikrofona, xüsusən də yaddaşa girişə ehtiyacı var”, - deyə mütəxəxssis izah edib.

Hakerin sözlərinə görə, ikinci əlamət istifadəçinin smartfonunun enerjisinin sürətlə tükənməyə başlamasıdır, çünki bu zaman casus proqramlar arxa planda işləyir.

Kiberekspertin sözlərinə görə, bununla belə, telefonun özü sahibinə hazırda casus proqramının işlədiyini göstərə bilər, bunu displeydəki indikatorla müəyyən etmək mümkündür.

“Android” və “iOS” sistemlərində yaşıl və qırmızı işarələr var. Onlar saatın göründüyü status çubuğunda, yəni yuxarı paneldədir. Orada indikatorlar yanırsa, bu, bəzi tətbiqlərdə ya kameraların, ya da mikrofonun istifadə edildiyini göstərir”, - deyə Vakulin sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, iyulun sonlarında bir neçə ölkədə “Android” və “iOS” smartfon istifadəçilərinin quraşdırdıqları zərərli proqramın onların cihazlarından məxfi məlumatları oğurladığı barədə məlumatlar yayılmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar