Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Slovakiya Azərbaycanda səfirliyin açılması üzrə işləri başa çatdırır

Bunu Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib

M.Layçak bildirib ki, səfirliyin açılması işgüzar ictimaiyyətlərimiz üçün imkanlar yaratmağa və ticarət əməkdaşlığının möhkəmlənməsi üçün biznes missiyalar təşkil etməyə imkan verəcək.

Nazir qeyd edib ki, Slovakiya Azərbaycanla əməkdaşlığını möhkəmlənməsində maraqlıdır:

“İstənilən iki ölkə arasında yaxşı iqtisadi münasibətlərin əsası yaxşı siyasi münasibətlərdir və mən şadam ki, bizim dostluq münasibətlərimiz bütün sahələrdə, o cümlədən biznes sahəsində əməkdaşlıq üçün möhkəm əsas yaradır”.

İqtisadi münasibətlər barədə danışan M.Layçak vurğulayıb ki, münasibətlərin indiki səviyyəsi mövcud potensialı əks etdirmir və bu vəziyyətin dəyişməsi hər iki tərəfdən asılıdır:

“Son ticarət göstəricilərinə əsasən demək olar ki, dövriyyə həcmi stabildir. Slovakiya şirkətləri istehsal, nəqliyyat infrastrukturunun modernləşməsi, avtomobilqayırma, tibb avadanlıqları istehsalı, enerji səmərəli layihələrin icrası sahələrində kifayət qədər təcrübəyə malikdir. Amma qarşılıqlı ticarətin inkişafı üçün vacib şərt investisiya və iqtisadiyyat sahələrində saziş bazasının möhkəmləndirilməsidir”. (Trend)

pia.az


Etiket: Slovakiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar