Cümə axşamı, 28 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Siyəzən broyler” “Biz birlikdə güclüyük” layihəsinə dəstək oldu - Foto

Aksiya çərçivəsində şirkət Ramazan ayı ərzində Siyəzən rayonunda yaşayan 8 mindən çox ailəyə istehsal etdiyi məhsullardan ibarət sovqatlar çatdıracaq...

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən ölkə üzrə həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsinə Cənubi Qafqazın ən böyük quşçuluq müəssisələrindən olan “Siyəzən broyler” ASC də dəstək verib.

Aksiya çərçivəsində şirkət Ramazan ayı ərzində Siyəzən rayonunda yaşayan 8 mindən çox ailəyə istehsal etdiyi məhsullardan ibarət sovqatlar çatdıracaq. Yardım aksiyasının davamı olaraq “Siyəzən broyler” ASC tərəfindən həmçinin Bakı şəhərində daha 12 min ailəyə ümumi çəkisi 50 tondan çox ərzaq məhsulu paylanacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ölkəmizdə birincilər sırasında 197 min manat vəsait köçürən, Bakıda imkansız ailələrə müntəzəm ərzaq yardımı edən “Siyəzən broyler” ASC həmrəylik nümayiş etdirərək bundan sonra da ölkə rəhbərliyinin bütün çağırışlarına qoşulacaq və bu çətin günlərdə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə dəstək olmaq üçün səylərini əsirgəməyəcək.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nazirlik rəsmisindən Elmar Məmmədyarovla bağlı açəqlama

Əməkdar artistin vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi

DTX-nın əməliyyatı zamanı Qarayev kabinetində nə edirdi?..

Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - Açıqlama

Təhsildəki korrupsiya: Ceyhun Bayramov necə “yeyir”...

Şirməmməd Hüseynovun qızı Mədəniyyət naziri olacaq?

Əli Həsənovun qanunsuz verdiyi mənzillər satışa çıxarıldı - Sənəd

Gələn həftədən Bakıya giriş-çıxış bərpa edilir? – Rəsmi açıqlama

Adına əmək haqqı kartı var, özünün xəbəri yoxdur

AzTV-dən Respublika günü ilə bağlı maraqlı videoçarx

loading...

Ən çox oxunanalar