Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov Vahid Əhmədovu təxribat törətməkdə ittiham etdi

Sədr deputatın ittihamlarını əsassız saydı...

Deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi əsassız fikirlərə etirazlar davam edir.

PİA.az xəbər verir ki, V.Əhmədova sərt təpki göstərənlərdən bir də hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur.

O deyib ki, Milli MəclisMüdafiə Nazirliyinin fəaliyyəti müzakirə olunmur: "Biz Müdafiə Nazirliyinin fəaliyyətini müzakirə etmək istəyiriksə, onları bura dəvət edək. Biz hardan bilirik ki, Müdafiə naziri Ali Baş komandana öz təkliflərini verməyib?! Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr dedilər ki, Azərbaycan raket atmalıdır, biri dedi, Şuşa bombalanmalıdır. Bu artıq müharibənin başlanması deməkdir”.

S.Norruzov V.Əhmədovu təxribat törətməkdə ittiham edib: "Milli Məclis qərar qəbul etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün sülh danışıqlarını ikinci plana keçirir. Milli Məclisdə qərar qəbul edilmədən təxribata getmək olmaz. Bu uşaq oyuncağı deyil. Ermənistan şou düzəldir. Beynəlxalq aləm bilir ki, Nikol Paşinyanın Şuşaya gəlməsi də şoudur. Biz bu məsələdə çox soyquqanlıllqla düzgün qərar qəbul etməliyik. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik. İndi məsələyə 90-cı illərin yanaşması ilə qiymət vermək, addım atmaq olmaz. İndi dayandoldurum dövrü deyil, raketlər dövrüdür. Bu məsələlərə həssas yanaşmalıyıq”.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, sədrin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da parlamentin iclasında V.Əhmədovun fikirlərinə sərt etiraz bildiriblər. (Mediapost)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar