Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasətdə Rusiya sindromu

Nə vaxt rus saytlarına baxırıq, elə hey bir adamın adını oxuyuruq. Onun haqqında isə yalnız bir şey yazılır; ya beş sutka, ya bir ay, ya da nə bilim nə qədər, həbs cəzası alıb


Aydın olmaq üçün deyim ki, söhbət A.Navalnıydan gedir. Deyəsən, V.Putin bu adamı özünün əsas müxalifəti hesab edir, başqalarının adı kriminal xronika zəminində qətiyyən hallanmır.

Öz qəzetlərimizə baxanda da adamın lap başı fırlanır. Ona görə ki, eyni siyasi dəsti-xətdir, Rusiyada hansı siyasi taktika həyata keçirilsə burada dərhal onun surətini çıxarırlar.

Bir neçə həftə bundan əvvəlin söhbətidir. Moskvadakı Krım tatarlarının lideri ruslara qəribə ad vermişdi: irsən qullar. Bu adam yazırdı ki, ruslar heç bir vaxt azadlıq nə olduğunu bilməyiblər.

Maraqlıdır ki, son vaxtlar ruslar özləri də bunu inkar etmir. Onlar da 1861-ci ilə qədər ki, dövrü - təhkimçilik dövrünü ABŞ-da olduğu kimi quldarlıq dövrü hesab edirlər.
Üstəlik, bura İ.V.Stalin dövrünü də əlavə edirlər, ona görə ki, kəndlilərə yalnız onun ölümündən sonra, N.Xruşşov dövründə pasportlar verməyə başladılar. O səbəbdən də Krım tatarının sözlərinə sakit yanaşırlar.

Rusiya siyasəti ilə digər avtoritar ölkələrin, o cümlədən də Azərbaycanın siyasəti arasında çox paralellər aparmaq olar. Bizim sülalə hakimiyyəti də mahiyyətcə Rusiyadakı “tandem demokratiyası”nın bir növüdür. O mənada ki, Rusiyada da bir adamın uzun müddət hakimiyyətdə qalması üçün dolaşıq bir siyasi tryuk həyata keçirdilər.

Azərbaycanda isə daha qısa və daha kobud yolla getdilər-prezidentlik müddəti ilə bağlı iki dəfəlik məhdudiyyəti götürdülər. Üstəlik, Azərbaycanda tək Rusiya siyasətini deyil, həm də V.Putinin öz üslubunu da təqlid edirlər. Orada V.Putin tək siyasətçini deyil, ümumiyyətlə, rus kişisi idealını təcəssüm etdirir. Burada da bir də görürsən deyirlər ki, ölkədə bir kişi var, o da filankəsdir. İlk baxışda hamı düşündüyünü deyə bilər, biz demokratik olmasa da, yarı azad bir ölkədə yaşayırıq. Amma bir sözü deməmişdən öncə fikirləşmək gərəkdir ki, bu söz digər insanların heysiyyatına toxunmayacaq ki? Ən azı ona görə ki, bu ölkədə hələ ki özünü kişi hesab edən xeyli insan var...

Rusiya siyasətini yamsılamaq çoxuna təbii görünə bilər. O səbəbdən ki, bizi Rusiya ilə 200 illik dövr bağlayır. Amma heç olmasa bir şeyi yadda saxlamaq lazımdır ki, bu iki yüz ildə Məmməd dönüb tamam İvan olmayıb, özünəməxsusluğunu çətinliklə də olsa qoruyub saxlayıb.

Əvvəllər Rusiya siyasətini sadəcə diqqətdə saxlayırdıqsa indi bunu iki qat artıq səylə etməyə çalışırıq. Səbəb də Ukrayna ətrafındakı vəziyyətdir. Doğrusu, bu prosesdə Rusiyanın “burnunun əzilməsini” istəyirəm. Səbəb?

Bəlkə də indi yazacağım sözlər Rusiyada oxumuş, bu millətin mədəniyyətinə hədsiz ehtiramı olan adam kimi bir qədər qəribə görünəcək. Amma Aristotel demişkən: “Platon dostumdur, fəqət, həqiqət daha əzizdir!”

Qərəz, dünya siyasətindəki neqativ cəhətlərin çoxu Rusiyadan başlanğıc götürür. Həm avtoritarizm, həm etnik separatizm, həm də bölgədəki qeyri-sağlam abu-hava Rusiyadan qaynaqlanır.

Rusiya mənim üçün nə deməkdir? Bu, birincisi, Ermənistan və onun işğalı deməkdir. İkincisi, bu, ölkədə son 21 ildə bərqərar olan avtoritar rejimdir. Bu, bizim həm bir fərd, həm də toplum kimi həyata keçməyən arzularımızdır.

Mən əminəm ki, Rusiyanın və bir də Ermənistanın qonşusu olmasaydıq çox şey başqa cür olardı.

İnanmıram, bizim hakimiyyətdəkilərin Rusiyaya xüsusi məhəbbəti var. Yox. Hətta bu adamların öz yaxınlarından başqasını sevə bilməsinə də şübhə edirəm.
Onlar özləri də yaşamaq üçün yəqin ki, Avropanı seçərdilər. Amma onların bir avropalı kimi yaşaması, uşaqlarını böyütməsi üçün biz “asiyalılar” bir qul kimi işləməli, itaət etməliyik.

Elə rusları idarə edənlərin də heç vaxt Rusiyaya və ruslara əsl sevgisi olmayıb. İ.Qroznıy daim İngiltərə kralından onu himayəyə götürməsini xahiş edirmiş, ona görə ki, o, rus boyarlarının onu öldürüləcəyindən qorxurmuş. Əminəm ki, bizimkilər də belədir - onlar da öz millətlərindən qorxurlar, ona etibar etmirlər, onu sevmirlər, gizlində onu “qara camaat” - deyə çağırırlar...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar