Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda koronavirus pandemiyası əleyhinə profilaktik tədbirlər davam etdirilir

Koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə şəhər ərazisində zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə aprel ayının 20-dən etibarən ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılmasına müvafiq olaraq şəhər ərazisində hərəkət məhdudiyyətinin tətbiqi davam etdirilib, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış 23 mobil qrup üzvləri ilə birlikdə şəhər Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların N saylı hərbi hissəsinin əsgər və zabit heyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinə nəzarət işləri gücləndirilib.

Əhalinin sağlamlığının qorunması məqsədi ilə gün ərzində şəhərin küçə və prospektləri Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub, Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, park və xiyabanlarda, avtomobil dayanacaqlarında, qəsəbələr də daxil olmaqla ümumilikdə 180-dən çox obyektdə dezinfeksiyaedici maddələrlə təmizlik işləri aparılıb. Məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində binalarının girişlərində, pilləkən qəfəslərində, ərazidə yerləşən sosial obyektlərdə təkrar dezinfeksiya işləri həyata keçirilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və şəhər Polis Şöbəsinin rəisi Hikmət Quliyev şəhərə giriş-çıxışın məhdudlaşdırılması məqsədi ilə yaradılmış postlarda vəziyyətlə yenidən maraqlanıb, Gigiyena və Epidemiologiya Mərkəzi və şəhər Bələdiyyəsi tərəfindən şəhər ərazisində aparılan profilaktik dezinfeksiya işləri ilə yerində tanış olaraq əlavə dezinfeksiya işlərinin görülməsi ilə bağlı lazımi tövsiyyə və tapşırıqlarını veriblər.

pia.az


Etiket: Şirvan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar