Bazar ertəsi, 01 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Şirvanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi - Fotolar

PİA.az xəbər verir ki, 20 Yanvar faciəsinin ildönümü hər il ölkəmizdə dövlət səviyyəsində geniş qeyd edilib. Bu il isə faciənin 31-ci ildönümü Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun tarixi torpaqlarımızı erməni işğalından azad edilməsi ilə əldə olunan Zəfərin yaratdığı yüksək əhval-ruhiyyədə qeyd edilir. Qələbə nəticəsində azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canından keçən 20 Yanvar, I Qarabağ müharibəsi şəhidlərinin qanları yerdə qalmadı, ruhları şad oldu.

Bu il ilk dəfə şəhidlərimizi qalib, bütöv ölkənin vətəndaşları olaraq yad edirik. Faciənin ildönümü dünyanı bürüyən koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində keçirilir.

20 Yanvar faciəinin 31-ci ildönümünün qeyd edilməsinə Şirvan şəhərinin Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq, yenidənqurma işləri ilə başlanılıb. Bu gün isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri xüsusi karantin rejiminin qaydaları gözlənilməklə öncə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət ediblər. Abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını ifadə edibər.

Sonra isə Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Şirvan şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanı ziyarət olunub. İcra başçısı öncə şəhidlərin xatirəsinə ucaldılan Əbədi məşəl abidəsi önünə gül dəstəsi qoyub. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhid məzarlarını və itkinlərin xatirəsinə ucaldılan abidəni də ziyarət edərək önünə tər qərənfillər düzüblər.

Şəhid ailələri Xiyabanda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

İcra başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri Şirvan şəhərindən I Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Nofəl Quliyevin, Tahir Bağırovun, Rəfael Həbibovun büstlərini ziyarət edərək xatirələrini yad etdilər, önlərinə tər güllər qoyublar.

Şəhərin el qəbiristanlığında uyuyan şəhidlərin məzarları da ziyarət edildi, ruhlarına dualar oxunub.

Daha sonra həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun məzarüstü abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub.

Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, avtomobillərdən səs siqnalları verilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Fotolar

pia.az

 


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video

Azərbaycan Xarici İşlər nazirliyinin bəyənatları yenidən yalvarici formaya düşüb

Ramiz Mehdiyevin qardaşı oğluna yüksək vəzifə verildi

Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı

Azərbaycanda gəlin qayınanasını döydü: "Evə kişi gətirirdi və..." - Şok Video

“Təxminən 5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaqq” - Yəhudi politoloq

Hacı Qamətdən daha bir absurd: “Kişi bibiqızı və ya xalaqızı ilə “WhatsApp”da danışmamalıdır” - Video

İL-76 hərbi təyyarələri Rusiyadan Ermənistana silah daşıyır

Erməni vəhşiliyi: İçində körpələr də olan mülki adamları bir-birilərinə bağlayıb, yandırıblar - Video

"OBA"da üzərində söyüş yazılan qadın corbaları satılır - Foto

Ermənilər Azərbaycanın tələbini yerinə yetirdi

Ən çox oxunanalar