Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan Su Kanal İdarəsinin mühəndisi narkotikə görə tutulub

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər tutulub...

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbirlər çərçivəsində Hacıqabul rayonu Meyniman kənd sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Ağayev Mənsur Balayar oğlu və Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini, 1979-cu il təvəllüdlü Heydərov Davud Əvəzxan oğlu saxlanılıb.

Həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları və onların üzərində aşkarlanan qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri həyata keçirilib.

Məlum olub ki, M. Ağayevə narkotik vasitəni Sabirabad rayonunun Qarağac kənd sakini, 1975-ci il təvəllüdlü Mahmudov Xanverdi Fərzulla oğlu satıb. Sonuncunun da üzərinə baxış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq

götürülüb.

İstintaq zamanı məlum olub ki, X. Mahmudov narkotik vasitəni Şirvan sakini, 1982-ci il təvəllüdlü Şirvan Su Kanal İdarəsinin satış üzrə mühəndisi Tapdıqov Elvin Raiz oğlundan alıb.

Hazırda cinayət zəncirinin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam edir.

Faktla bağlı cinayəti işi başlanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar