Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhərində Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirildi

Şirvan şəhər Ağsaqqallar Şurasının hesabat-seçki konfransı martın 3-də YAP Şəhər Təşkilatının konfrans zalında keçirildi. Konfransdan öncə Respublika Ağsaqqallar Şurasının sədr müavini, tibb elmləri doktoru, professor, akademik, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Şəhidlər Xiyabanı”nı və Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirələrini dərin ehtiramla yad etdilər.

Şirvan şəhər Ağsaqqallar Şurasının hesabat-seçki konfransını Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açdı. Başçı konfrans iştirakçılarını salamladı. Konfransın işində iştirak etdiyinə görə Milli Elmlər Akademiyasının akademiki, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanova təşəkkürünü bildirdi.

Konfransda Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov hesabat-məruzəsi ilə çıxış etdi. Natiq Şuranın hesabat dövründə gördüyü işlərdən, əldə edilən nailiyyətlərdən danışdı. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın ağsaqqallara, ağbirçəklərə göstərdiyi diqqət və qayğını, onların bütün ağsaqqallara örnək, nümunə olan fəaliyyətlərini qeyd etdi.

Ağsaqqallara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.

Konfransda çıxış edən Şəhər Veteranlar Şurasının sədri Vaqif Qayıbov, Qadınlar Şurasının üzvü Səadət Quliyeva, təqaüdçü, şair-publisist Yaqub Salmanov Ağsaqqallar Şurasının hesabat dövründə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, şəhərdə aparılan abadlıq, quruculuq işlərinin qorunması, karonavirus infeksiyasına qarşı mübarizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və digər güzəşt hüquqlu ailələrlə aparılan işdən, ölkə Prezidentinin və şəhər rəhbərliyinin bu kateqoriyadan olan insanlara göstərdikləri diqqət və qayğıdan danışdılar. Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab etdilər.

Konfransda çıxış edən akademik, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə ağsaqqal hərakatının tarixindən, Ulu öndər Heydər Əliyevin dövlət başçısı olmaqla yanaşı, nüfuzlu ağsaqqal kimi beynəlxalq səviyyəli geniş fəaliyyətindən danışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan öncə hərbi, sonra isə sülh yolu ilə çıxarılmasının əhəmiyyətini qeyd etdi. Anti-Azərbaycan mətbu orqanlarında ölkəmizə qara yaxmağa çalışanlara qarşı ağsaqqalların fəal münasibət bildirmələrini, əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini bildirdi. Ağsaqqalların tövsiyə və təşəbbüsləri ilə şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən razı qaldığını bildirdi.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərdə Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin böyük izdihamla təşkil edilməsindən, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələrlə aparılan işlərdən, onlara göstərilən diqqət və qayğıdan, Şəhidlər Xiyabanında görülən abadlıq-quruculuq işlərindən, Vətən müharibəsinin şəhidləri üçün qəbirüstü abidələrin ucaldılmasından danışdı. Yaralı qazilərə Şirvan şəhərində yerləşən xəstəxanalarda göstərilən tibbi xidmətdən, karonavirus infeksiyasına qarşı aparılan mübarizədən, əhalinin maarifləndirilməsi, vaksinasiya olunması sahəsində görülən işlərdən danışdı. Ağsaqqalları görülən işlərdə daha fəal iştirak etməyə çağırdı.

Konfransda Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə müraciət qəbul edildi.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar