Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələrini ziyarət edib - Fotolar

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Ruslan Rüstəmovun ailəsini ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir. Şirvan Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müaciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.

PİA.az xəbər verir ki, bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları ilə birlikdə Vətən müharibəsinin şəhidi baş leytenant Rüstəmov Ruslan Nüsrət oğlunun ailəsini ziyarət edib. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Şəhidin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan İcra Hakimiyyətinin başçısı Ruslan Rüstəmov kimi oğulların qəlblərdə yaşayacaqlarını, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını söyləyib.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan İlqar Abbasov həmin qələbədə payı olan Ruslan Rüstəmov kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib, əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Şəhər rəhbəri şəhidlik zirvəsinə ucalan Ruslanın təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir şirvanlının, hər buir azərbaycanlının qürur duyduğunu söyləyib.
Şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiaqamətində dövlət başçısının imzaladığı sərəncamlar barəsində məlumat verən İcra Hakimiyyətinin başçısı “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılmasının şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqətin təzahürü olduğunu vurğulayıb.

“Onun özündən sonra qalan 5 övladı hər zaman bizə əmanətdir və şəhid övladlarının xoşbəxt böyüməsi üçün əlimizdən gələni edəcəyik” deyən İlqar Abbasov uşaqların təhsili ilə də maraqlanıb. Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bayramlarımızı təntənə ilə qeyd etməsək də şəhid övladlarının könlünün xoş olması və qismən də olsa sevinməsi məqsədi ilə onları Od çərşəbəsi münasibətilə təbrik edib və Novruz bayramına xas şirniyyatlar, bir ədəd televizor və iki nəfərlilk uşaq çarpayısı hədiyyə edib.

Şəhidin anası Fatmaxanım Rüstəmova oğlunun Hacıqabul rayonunda dəfn olunsa da ailəsinin Şirvan şəhərində yaşadığını və Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanıldığı bildirib. İki Övladının da Vətən müharibəsinin iştirakçısı olduğunu, Ruslanla hər zaman fəxr etdiyini qeyd edən şəhid anası şəhid ailələrinə göstərilən qayğıya və ehtirama görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.

Fotolar

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar