Cümə axşamı, 14 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Şirkətlərdə sosial iş yerlərinin sayına dair hədd artırılır

İşəgötürənlər üzrə sosial iş yerlərinin sayı ilə bağlı müəyyənləşdirilmiş hədd artırılır...

Bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik təklif edilir.

Qüvvədə olan qanuna əsasən, hər bir işəgötürən üzrə sosial iş yerlərinin ümumi sayının 5 faizindən çox olmamalıdır. Layihəyə əsasən, hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər bir işəgötürən üzrə 10 sosial iş yerindən çox olmamalıdır.

Hazırda sosial iş yerləri üzrə əmək haqqının məbləği işəgötürənin digər iş yerləri üzrə əmək haqqının məbləğinin 10 faizindən fərqlənə bilməz. Təklifə əsasən, sosial iş yerləri üzrə əmək haqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 faizindən çox fərqlənə bilməz.

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib. (APA)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar