Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirkət rəhbərinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

PİA.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Namazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhəri ərazisində yerləşən “Omaks-3″ MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb. Ümumilikdə, 18 nəfərə 31 mənzil satılıb və onlara 568 min manatlıq ziyan dəyib.

T.Namazovun barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk etdiyi, barəsində axtarış qərarı çıxarılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

T.Namazov isə məhkəmədə bildirib ki, sonuncu dəfə ölkəni 2013-cü ildə tərk edib, bu ilin əvvəlində isə ölkəyə qayıdarkən saxlanılıb. İş adamı ölkədən qaçmadığını, biznesi ilə bağlı ölkə xaricində olduğunu, könüllü ölkəyə qayıtdığını deyib.

T.Namazov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), .179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar