Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siqaretlərin yeni qiymətləri - Siyahı

Bu gündən etibarən siqaretlərin qiyməti 9-10 qəpik civarında bahalaşıb...

Yenisabah.az-a topdan satışməntəqələrindən daxil olan məlumata görə, bahalaşma bütün növ siqaretlərin qiymətində baş verib.

Azərbaycanda istehlak olunan bütün növ siqaretlər 9-10 qəpik bahalaşıb”, - deyə topdansatış məntəqələrindən bildirilib. Satış məntəqələrindən əldə etdiyimiz qiymət cədvəlində də bu özünü göstərir.

Bahalaşmanın səbəbi isə bəlli deyil. Bəzi satış məntəqələri isə bunu koronavirus pandemiyası ilə izah edirlər. Lakin pandemiyanın bəhanə olduğunu söyləyənlər də var.

Maraqlıdır ki, bahalaşmadan daha çox istehlakçılar deyil, pərakəndə satış məntəqələri narazılıq edir. Xüsusilə kiçik sahibkarlar bahalaşmanın onlara ciddi ziyan vuracağını deyirlər.

“İlin əvvəlindən bir dəfə bahalaşma olub. Həmin bahalaşmadan sonra biz siqaretləri topdansatış məntəqəəri ilə müqayisədə cüzi qiymət fərqilə satırdıq. Yəni,topdansatış məntəqələrindən aldığımız siqaretlərin üstünə qəpik-quruş qoyurduq. İndi qoyduğumuz pulu bir qədər də azaltmalıyıq. Bu isə o deməkdir ki, qazancımız azaltmalıyıq. Bu halda isə işləmək çətinləşəcək. Bunun vergisi, icra haqqı və s. ödənişləri var axı”, - deyə pərakəndə satışla məşğul olanlar bildirib.

Daha çox istehlak olunan siqaretlərin yeni qiymətlərini təqdim edirik. Məlumat üçün deyək ki, bu pərakəndə satış qiymətləridir və supermarketlərdə aparılan araşdırmalar nəticəsində tərtib edilib. Kiçik köşklərdə isə siqaretlər bundan da 5-10 qəpik baha qiymətə satılır.

Beləliklə, yeni qiymətlərlə tanış olun:

"Camel”- əvvəlki qiymət 3.2 manat, indiki qiymət 3.3 manat.

“Sobranie” - əvvəlki qiymət 3.2 manat, indiki qiymət 3.3 manat.

“Kent”(bütün növlər) - əvvəlki qiymət 3.2, indiki qiymət 3.3 manat.

“Winston”(bütün növlər) - əvvəlki qiymət 3, indiki qiymət 3.1 manat.

“Rotmans” (bütün növlər) - əvvəlki qiymət 2.3, indiki qiymət, 2.4 manat.

“Palmall” (bütün növlər) - əvvəlki qiymət 2.3, indiki qiymət 2.4 manat.

“West” (bütün növlər)- əvvəlki qiymət 2.3, indiki qiymət 2.4 manat.

“Winchester” (bütün növlər) - əvvəlki qiymət 2.3, indiki qiymət 2.4 manat.

Bu arada qeyd edək ki. dünyanın inkişaf etmiş ölkələrində siqaret kifayət qədər bahadır. Lakin bu, qazanc üçün deyil, insanları bu zərərli vərdişdən uzaqlaşdırmaq məqsədilə dövlət tərəfindən atılan addımdır.

Siqaretlərin ən baha satıldığı ölkə Avstraliyadır. Orada markasından asılı olmayaraq bir qutu siqaret 20.41 dollara satılır. Sonrakı ardıcıllıq belədir:

Yeni Zelandiya - 18.60 dollar

Norveç - 13,42 dollar

İrlandiya - 13,42 dollar

Birləşmiş Krallıq - 12,09 dollar

İslandiya - 11,27 dollar

Kanada - 10,55 dollar

Sinqapur – 10,35 dollar

İsrail – 9,97 dollar

Fransa – 9, 10 dollar

Türkiyə - 3,23 dollar

Rusiya - 2,13 dollar

pia.az


Etiket: siqaret qiymət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar