Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şinzo Abe: "Konstitusiyaya düzəlişlərlə bağlı müzakirələrin vaxtı çatıb"

Atası – Yaponiyanın sabiq xarici işlər naziri Şintaro Abenin məzarını ziyarət edən Baş nazir Şinzo Abe ölkə Konstitusiyasında düzəlişlərin vaxtının çatdığını bildirib

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, bu barədə o, avqustun 13-də həmin səfər zamanı jurnalistlərə bəyan edib. Ş.Abenin atasının qəbri Baş nazirin seçki məntəqəsinin də daxil olduğu Yamaquçi prefekturasında yerləşir.

Baş nazir vurğulayıb ki, o, atasını Reiva dövründə keçirilən ilk ümumi seçkilərdə qələbəsi barədə məlumatlandırıb və bundan seçkilərin etimadını doğrultmaq üçün böyük motivasiya aldığını da deyib.

Xatırladaq ki, Ş.Abenin rəhbərlik etdiyi hakim koalisiya parlamentin yuxarı palatasına ötən ay keçirilən seçkilərdə qələbə qazanıb.

Baş nazir həmçinin qeyd edib ki, o atasına konstitusiyada düzəlişlərin aparılması ilə bağlı müzakirələrin vaxtının çatması barədə də məlumat verib.

Eyni zamanda, Ş.Abe bunun rəhbəri olduğu Liberal Demokratik Partiya qarşısında duran ən çətin vəzifə olduğunu da bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar