Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Silah əsrinin yeni siması: Hipersonik raketlər...

Dünyada yaranmış silah balansının geosiyasi təsirləri...

Cem GÜRDENİZ
“Aydınlık” qəzeti, Türkiyə, 22 sentyabr 2019-cu il

Rusiya güclənən bir rəqibdir və onun qarşısında NATO-nun üstünlüyü yox olur”.

Bu sözləri 17 sentyabrda Sloveniyada keçirilən NATO hərbi komitəsinin toplantısından sonra ABŞ Baş Qərargah rəisi general Cozfes Danford mətbuata bildirib.

Yeni silah, yeni nizam

Çox yox, 20 il əvvəl ABŞ-da məşhur bir ifadə gəzirdi: “Onlar super qüvvə yox, hiper qüvvədirlər (hyper power)”. Lakin zaman sürətlə dəyişir. Qlobal balans 1945-dən bu yana hegemon olan ABŞ-ın əleyhinə çevrilib. Hər həftə qarşımıza çıxan yeni xəbərləri izləməkdə çətinlik çəkirik. Bu məsələləri daim xarici mediadan izləyən Volkan Özdəmir, Hüseyn Vodinalı, Bülent Esinoğlu və Onur Sinan Güzaltan kimi yazıçılar sayəsində ictimaiyyət də prosesdən xəbərdar ola bilir.

Xatırladaq ki, qlobal həssaslıq yaranmadan, qitədə və regionda həssaslıq yarana bilməz. Nəzəriyyə yoxdursa, praktikanın da mənası yoxdur. Nəzəriyyənin əsasını da geosiyasi proseslər təşkil edir.

Geosiyasi proseslər hərbi, iqtisadi, sosial və siyasi durumdan asılı olur. Hərbi prosesi kökündən dəyişdirə bilən strateji silahların icad edilməsi də, təbii olaraq geosiyasi təsirlərə yola açır.

Amerika hegemoniyası sona çatdı

Nüvə silahı 1945-də Potsdam konfransında Trumana o qədər güc vermişdi ki, bu qüvvə Amerika hegemoniyasına çevrilmiş və 21-ci əsrə qədər də davam etmişdi. Lakin nüvə silahları istifadə edilmədikdə daha təsirli idi. İstifadə edilən kimi hər iki tərəfin də yox olma prosesini asanlaşdırdığı üçün 1945-dən bu yana 2000-dən çox nüvə silahı sınaqdan keçirilib, amma müharibədə istifadə edilməyib.

Amerika Koreya və Vietnamdan başqa, soyuq müharibə bitənə qədər bu silahdan istifadə etməyib. 1991-də Tomahavk raketinin ABŞ inventarında ilk dəfə istifadə olunması sayəsində bu raketlər Amerika hegemonluğunun ən təsirli silahına çevrildi. Bu silahdan ABŞ təkcə İngiltərəyə verib.

Bu silah və Amerika təyyarə gəmiləri, həmçinin, soyuq müharibədən sonra ABŞ-ın xaos strategiyası vasitəsilə Əfqanıstandan Liviyaya, İraqdant Suriyaya və Afro-Avrasiya regionuna qan və gözyaşı gətirdi və qlobal avtoritetliyin əsasını qoydu. Qlobal avtoritetliyə qarşı ilk dəfə 2007-ci ilin qışında Münhen Təhlükəsizlik Konfransında Rusiya prezidenti Vladimir Putin meydan oxuyub:

“Vaşinqtonun təkmilləşdirdiyi qlobal raket sistemi Rusiyanın nüvə qabiliyyətini zəiflədir. Moskva buna icazə verməyəcək. Mövcud iqtisadi və maliyyə problemləri nəzərə alındıqda, Rusiya bu təhdidə assimetrik şəkildə cavab verəcək”.

“Tomahavk”lar

İlk assimmtrik cavab 7 oktybar 2015-ci ildə verilib. Rusiya Xəzər dənizi donanmasına aid olan “Gepard” gəmisi və “Buyan-M” korvetlərindən Suriyadakı İŞİD qərargahlarına qarşı 26 ədəd “Kalibr-NK” (SS-N-30-A) raketi ilə hücum etdi. Bu inqilabi bir davranış idi. İkinci surpriz isə 1 mart 2018-ci ildə Putinin Rusiya Federal Məclisindəki çıxışı ilə elan edilib. Putin 6 yeni silah yaratdıqlarını ictimaiyyətə bildirib. Bunlara qitələrarası ballistik raket “Sarmat (RS-28)”, Yen gəzgin raket sistemləri, Pilotsuz dənizaltı nüvə silahı (Poseydon), Hipersonik ballistic nüvə raketi (Avanqard), Havadan atılan hipersonik, gəzgin nüvə raketi (Kinzhal) və lazer sistemləri daxildir.

“Tsirkon” fərqi

Bu siyahıda “Tsirkon” yox idi. Keçən həftə “Forbes” jurnalında yayımlanan bir məqalədə qeyd olunub ki, fevral ayında Putinin elan etdiyi bu hipersonik sistem “Tsirkon” raketlərinin və “Yasen” dənizaltı nüvə silahlarının ikincisi olan “Kazan”a birləşdiriləcək və gələn il ilk sınaq atışı həyata keçiriləcək.

Bəzi rus qaynaqları da bildirib ki, “Tsirkon” raketləri kiçik gəmilərdə hələ də səsaltı sürətə sahib olan “Onyx” və “Kalibr” gəzgin raket inventarının yanında yer alacaq. 8 Max, yəni saniyədə 2500 metr sürətə sahib olan hipersonik “Tsirkon” raketlərinin mənzilli də 500 km-dır.

Əsas hədəf isə müharibə gəmiləridir. Bəllidir ki, tarixdə ilk dəfə dəniz altından hipersonik raket atmaq qabiliyyəti Rusiyaya çox önəmli strateji üstünlük qazandıracaq. “Tsirkon”un 8 Max sürətinə qarşı, Amerika “Tomahawk”ları da 0,75 Ma xsürətinə çatır. Ruslar indi bu silahı gizli bir dənizaltı sisteminə yerləşdirir və silahın sürətindən istifadə edirlər. 8 Max-lıq bir raketə qarşı nə müdafiə, nə də nəzarət sistemi var. Yəni üstünə “Tsirkon” atılan bir gəmi komandir ancaq dua edə bilər.

Çinin hipersonik raketləri

Bənzər proses Çində də gedir. 2019-un yanvar ayında Çin Kommunist Partiyasının liderləri bildirib ki, Amerikanın qorxduğu, 2500 km mənzilli, 5 Max sürətlə hədəfə çatan DF-17 raketinin son versiyası test edilib və Amerikanın təyyarə gəmiləri və su üstü müharibə gəmilərini asanlıqla dəf edə bilər.

Yeni silahlanma dönəmi

Hal-hazırda hipersonik raketlərin ortaya çıxması daha çox, II Dünya müharibəsindən sonra müharibə gəmilərini təyyarə gəmisinin əvəz etməsinə bənzəyir. Dünya dəniz qüvvələri yaxın zamanda hipersonik raketlərə sahib olmaq üçün böyük bir silahlanma dönəminin əsasını qoyacaq. Əlbəttə ki, bu raketlərə qarşı müdafiə qabiliyyətlərini inkişaf etdirmək üçün də radar və atış texnologiyasında da yeni kəşflər ortaya çıxacaq.

Xüsusilə də okean və dəniz sahələrində hipersonik raketlərin çox dəyərli platformaları dəyərsiz müdaifəsiz qoyması istər gərginlik, istərsə də toqquşma dönəmlərində bu silaha sahib olan dövlətləri rəqibləri qarşısında çətinə salacaq.

Artıq bu silaha sahib olan Rusiya və Çin kimi ölkələrin sahillərinə bir də Amerika super gücünün və məğlubedilməzliyin simvolu olan təyyarə gəmiləri daxil ola bilməyəcək.

Bu durum razılaşma tələb etdiyi üçün, sözsüz ki, Amerika hərbi gəmiləri istənilən halda ilk atəş açan tərəf olmayacaq. Çünki ABŞ-ın əlində hələ hipersonik gəmiyə qarşı müdafiə sistemi olmadığı üçün Rusiya və Çin hava müdafiə sistemləri ilə ABŞ-a qarşılıq verə bilər. Yəni əgər ABŞ donanması hücuma keçsə, Çin və Rusiya buna qarşılıq verəcək və ABŞ gəmiləri müdafiəsiz qalacaq. Bu durumun da geosiyasi təsirləri olduqca güclü olacaq.

Orijinal

Tərcümə Pia.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar