Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sığorta haqqında” qanun aqrar sahəni də əhatə edəcək

“Sığorta haqqında” qanuna “Aqrar sığorta sistemi” adlı yeni maddə əlavə edilir...

PİA.az-ın məlumatına görə, qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin dünən keçirilən onlayn iclasında müzakirə edilib.

“Sığorta haqqında” qanuna “Aqrar sığorta sistemi” adlı yeni maddənin əlavə edilməsi “Aqrar sığorta haqqında” 27 iyun 2019-cu il tarixli qanunla əlaqədardır. “Aqrar sığorta haqqında” qanunda aqrar sığorta sistemi əhatəli formada əksini tapıb. Beləliklə, “Aqrar sığorta sistemi” adlı yeni maddə əlavə edilməsi ilə “Sığorta haqqında” qanun ümumi şəkildə aqrar sahəni də əhatə edəcək.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, aqrar sığorta sistemi kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının qanunla müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Aqrar sığortanın predmeti kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla), kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu sayılır. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar