Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sığorta bazarına güvən yoxdur” – Yüz milyonlarla vəsait toplanan bazar böhrandan niyə çıxa bilmir?

Azərbaycanda 20 civarında sığorta şirkəti fəaliyyət göstərir 2020-ci ilin birinci yarısında sığorta sektorunda göstəricilər heç də yüksək sayılmır. Ümumi mənfəət 61,258 milyon manat təşkil edib. Bu da 2019-cu ilin birinci yarısının göstəricisindən 19,7 faiz azdır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə hesabatında bildirilir. 2020-ci ilin birinci yarısında sığorta yığımları 400 milyon 959 min manat təşkil edib. 2019-cu ilin analoji dövrü ilə müqayisədə yığım 39 milyon 623 min manat və ya 10,9 faiz artıb.

Yarım ildə 184 milyon 843 min manat sığorta ödənişi həyata keçirilib. Könüllü sığorta seqmentində yığımlar 273 milyon 514 min manat (artım 31 milyon 752 min manat və ya 13,1 faiz), ödənişlər isə 153 milyon 829 min manat (artım 70 milyon 561 min manat və 84,7 faiz ) təşkil edib. İcbari sığorta növləri üzrə yığımlar da 7 milyon 900 min manat və ya 6,6 faiz artaraq 127 miyon 444 min manata çatıb. Amma dəfələrlə cəhd etsək də bu bazarda fəaliyyət göstərən şirkətlərlə həm onlara inamsızlıq, həm də bazarda mövcud tendensiyalarla bağlı danışmaq mümkün olmayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinn üzvü, deputat Vahid Əhmədov “Turan” agentliyinə mövzu ilə bağlı deyib ki, sığorta bazarı həmişə problemli olub, bu gün də də problemlidir.

Onun vurğulamasına görə, son vaxtlar “Pasha Sigorta”, “Atəşgah sigorta” kimi müəyyən dərəcədə inkişaf etmiş şirkətləri var: “Amma bəzi sığorta şirkətləri də var ki, vətəndaşları incidirlər, qiymətləndirməni düzgün aparmırlar. Bununla bağıı bizə dəşikayətlər daxil olur”. V. Əhmədov hesab edir ki, bu bazar inkişaf etdirilməldir, çünki, bunun əhali üçün böyük əhəmiyyəti var. Deputat əlavə edir ki, bu sahənin zəif olmasının səbəbi sığorta şirkətlərinin özlərini, gördükləri işi təbliğ edə bilməməmələridir. Onun fikrincə, şirkətlər işi düzgün qurmalıdırlar, şikayət olmamalıdır, çünki hər şikayət inamsızlığa yol aça bilir: “Orada əsas proses qiymətləndirmədir. Bu prosesi düzgün həyata keçirməlidirlər”.

Deputat hesab edir ki, əvvəlki illərlə müqayisədə bu sahədə müəyyən inkişaf var, amma əhatə dairəsini daha da genişləndirməlidir.

İqtisadçı Natiq Cəfərli isə “Azadlıq” radiosuna deyib ki, Azərbaycanda sığorta bazarı ümumilikdə bir çox hallarda bank bazarı ilə bağlı olur. N. Cəfərlinin fikrincə, ona görə də bir çox sığorta şirkətlərinin vəziyyəti bəzi hallarda onların daxil olduğu ümumi maliyyə qurumlarının, o cümlədən, bankların vəziyyətindən asılı olur. İqtisadçıya görə, ölkədə sığorta bazarıözü kifayət qədər zəifdir: “İcbari sığorta olmasa idi sığorta bazarında durğunluq yaşanırdı”.

Onun fikrincə, həm vətəndaşların davarnış qaydaları buna uyğun deyil, həm dəümumilikdə sığorta bazarına güvən yoxdur.

N.Cəfərlinin deməsinə görə, Qərbdə görünən həyat, mənzil, avtomobillərin tam icbari olmayan sığortası Azərbaycanda az inkişaf edib. Onun qeyd etməsinə görə, kənd təsərrüfatı sahəsində risklər olduğundan sığorta şirkətləri bu sahəyə maraqlı deyillər: “Ümumilikdə bu sahədə rəqabət dəçox zəifdir”

O, hesab edir ki, aşağı-yuxarı bütün sığorta şirkətləri eyni yanaşma ilə xidmət göstərirlər, qiymət diapazonları da təqribən eynidir. N.Cəfərlinin fikrincə, bu bazar açılımalıdır, xarici sığorta şirkətləri bazara buraxılsa rəqabətli mühit yarana bilər.

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirliyə görə də, Azərbaycanda sığorta bazarı daha çox inzibati yollarla, icbari sığorta növləri artırılmaqla inkişaf etdirilir, bazar iqtisadiyyatı alətlərinə üstünlük verilmir: “Hökumət də sığorta şirkətlərinə lobbiçlik edir. Ən böyük şirkətlərdə belə toplanan yığımların 20 faizi belə qaytarılmır. Ona görə yox ki, sığorta hadisələri baş vermir, ona görə ki, sığortanı almaq üçün yaradılan süründürməçilikdən insanlar yorulurlar”.

N. Bəydəmirli hesab edir ki, bunun bir səbəbi rəqabətin olmamasıdırsa, digər səbəb məmur sahibkarlığı, inhisardır. Bu fikirlərə, hələlik hökumət rəsmilərindən də münasibət almaq mümkün olmayıb.

pia.az 


Etiket: Sığorta


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar