Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sidney və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib

Avstraliyada yaşayan Azərbaycan diasporunun nümayəndələri erməni təxribatına və işğalçı Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinin sıx məskunlaşdığı, cəbhə bölgəsindən uzaqda yerləşən, yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına etiraz olaraq aksiyalar keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, həmvətənlərimiz Gəncə şəhərinin dəfələrlə raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, xüsusi ilə də azyaşlı uşaqların həlak olmasından dərin təəssüf hissi keçirdiklərini bildiriblər. İşğalçı Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində həlak olmuş körpələrin, dağıdılmış yaşayış məntəqələrinin görüntüsünü əks etdirən foto və videoçarxlardan ibarət xüsusi elektron slaydların yerləşdirildiyi yük maşınları Sidney və Brizben şəhərlərində dövrə vuraraq şəhər sakinlərinin diqqətini erməni vandalizminə cəlb etməyə çalışıb.

“Erməni işğalına son!”, “Azərbaycan ədalət tələb edir!”, “Biz terrora yox deyirik!”, “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövlətə dəstəyi dayandırın!” və s. şüarlar ilə yanaşı, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyi şəhər sakinlərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, yük maşınları Sidneydə yaşayan ermənilərin etiraz aksiyası keçirdiyi gündə də şəhərin mərkəzi küçələrində dolaşıb, Ermənistan dövlətinin cinayətkar əməllərini  yerli sakinlərin diqqətinə çatdırıb. Erməni icmasının nümayəndələri yük maşınlarının qarşısını kəsərək mane olmağa çalışsalar da, soydaşlarımız soyuqqanlı davranıb və heç bir insident qeydə alınmayıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar