"Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində irəliləyiş yoxdur".
Bunu müğənninin qohumu Razim Qarayev məlumat verib.
O, təəssüflə bildirib ki, sənətçinin vəziyyəti stabil ağır olaraq qalır:
“Həkimlər əllərindən gələni edir və müalicələr aparılır”.
Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.
pia.az