Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səyyad Əlizadənin oğlu: “Atamın dostları etibarsız çıxdı”

“Vəziyyətimiz yaxşıdır, amma mənəvi olaraq bizə atasız çox çətin olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında mərhum sənətkar Səyyad Əlizadənin oğlu Atabəy Əlizadə atası haqqında danışarkən deyib. Sənətçinin oğlu atasının bəzi dostlarından gileylənib:

“Atam 2016-ci ildə ürəyindən əməliyyat olundu. Xəstəxanadan çıxandan sonra televiziya verilişlərinin birinə verdiyi müsahibəsində dostları ilə bağlı sulları cavablandırarkən demişdi:

“Beynimdə bir beyt yaranıb, bu, sonda şeir olacaq...
Ürəkləri daş, dəmir dostlarım,
Əzəldən saxtaymışsınız, saxta dostlarım...

İnsan müəyyən çətinliyə düşəndə çox şeylər üzə çıxır, kimin kim olduğun daha yaxşı bilirsən”.

Doğrudan da atam düz deyirdi, bu çıxışı gördüm və onun profilində paylaşdım. Atamın dostlarının bəziləri etibarsız çıxdı. Atam həyatda yoxdur, heç nəyi görmür, hər şey onların vicdanlarına qalıb. Əsas odur ki, atamın ən yaxın dostları var, gəlib-gedirlər”.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə sentyabrın 13-də COVID-19 xəstəliyi ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilib. Sentyabrın 17-də sənətçi Mərkəzi Gömrük Hospitalına köçürülüb. Həkimlərin səyinə baxmayaraq, Səyyad Əlizadə sentyabrın 30-da 63 yaşında vəfat edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar