“Şeyx cənabları (Allahşükür Paşazadəni nəzərdə tutur-red) çıxışında deyib ki, Xameneinin fətvası qələbəmizin müjdəsi olub! Niyə bu adamların başına daş yağdırmırsan, ilahi?!”.
Bunu tanınmış şair Rüstəm Behrudi bildirib.
“Utanc hissini, abır-həyanı itirən birisi bundan artıq nə deyə bilər ki?! Vicdanın nə olduğunu anlamayan (özü söyləyib) bir adamdan bundan artıq nə gözləyəsən ki?! Bu adam İranın bizə olan düşmənçiliyini nədən malalayır görəsən?! Və Azərbaycan əsgərinin qəhrəmanlığına kölgə salmaq Şeyxin nəyinə lazımdır?!” – R.Behrudi bildirib.(pravda.az)
pia.az