Çərşənbə axşamı, 09 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Seyran Ohanyan: “Ermənistan müharibəni “Biz qalib gələcəyik!” şüarı ilə uduzdu”

Ermənistanın keçmiş müdafiə naziri, İkinci Qarabağ müharibəsində də iştirak edən Xocalı cəlladı Seyran Ohanyan, payızda Ermənistan rəhbərliyinin cəbhədəki vəziyyətdən danışaraq erməni xalqını səhv istiqamətə yönləndirdiyini və bu gün Nikol Paşinyan və komandasının sadəcə susduqlarını bəyan edib.

Virtualaz.org erməni mediasına istinadın bildirir ki, o deyib: “Paşinyan niyə erməni əsirlərinin geri qaytarılması məsələsini həll edə bilmədi? Bilirsiniz, səlahiyyətlilər bu sualın cavabını verməlidir. Müharibə boyu “Biz qalib gələcəyik!” şüarı altında yürüdülən siyasət nəticəsində məğlubiyyətə düçar olduq, amma indi hakimiyyət “Biz susuruq!” şüarı altında hərəkət edir. Onlar insanların bu suallarına cavab verməlidirlər”.

Onun fikrincə, Ermənistanın yeni və daha cəsarətli bir hökumətə ehtiyacı var: “AzərbaycanRusiya-Türkiyə tandemi Ermənistan rəhbərliyinə təsirini davam etdirir. Buna görə də deyirik ki, Ermənistan hakimiyyəti dəyişməlidir. Bunu söyləməkdən məmnun deyiləm. Bu vəziyyətdən çıxmaq və ləyaqətimizi bərpa etmək üçün sadəcə yeni, daha cəsarətli və daha yaxşı danışıqlar aparan orqanlara ehtiyacımız var. Əks təqdirdə, 11 yanvarın davamı olacaq. Bu vəziyyətdə bizim uğursuzluqlar, geri çəkilmələrimiz davam edəcək”.

Son müharibə zamanı Ohanyan Şuşanın müdafiəsində iştirak edib. “Mən sona qədər mübarizə apardım!” deyə keçmiş nazir bu gün bildirib. Lakin, virtualaz.org-un daha əvvəl xəbər verdiyi kimi, erməni mətbuatı Ohanyanın Şuşanın müdafiəsinə rəhbərliyi öz üzərinə götürdüyünü, ancaq döyüş meydanından qaçdığını yazıb. Doğrudur, general-polkovnik özü iddia edir ki, Şuşanın müdafiəsi əməliyyatına rəhbərlik etməyib və oraya "dqr müdafiə ordusu"nun komandanlığına heç bir aidiyyəti olmadan öz təşəbbüsü ilə gedib.

Erməni mətbuatı yazırdı ki, Ohanyan Şuşanın müdafiəsinə rəhbərliyi öz üzərinə götürüb, ancaq döyüş meydanından qaçıb

Ohanyan etiraf edib ki, Şuşa həm sayca, həm də texniki imkanlarına görə Azərbaycan Ordusunun üstünlüyü üzündən əldən gedib. Onun sözlərinə görə, noyabrın 5-də ermənilər üç tərəfdən blokadaya alınıb və noyabrın 6-da Şuşanı tərk ediblər.

Onu da xatırladaq ki, Seyran Ohanyan bədnam 366-cı alayın zabiti kimi Xocalı qətliamında şəxsən iştirak edib, eyni zamanda 1992-ci ilin mayında Şuşanın işğalı əməliyyatında liderlərdən biri olub.

İndi Ohanyanın adı Yerevanda, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, keçmiş Baş Qərargah rəisi, KTMT-nın sabiq baş katibi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan kimi, konstitusiya quruluşunun güman edilən devirməsi üzrə işdə hallanır.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyevlə bağlı maraqlı fakt üzə çıxdı - Foto

Kanadanın baş nazirinin Anna Akopyanı gözlənilmədən öpməsi görüntüləri yayıldı - Video

Gənc qız sevgilisini yataqda doğradı - Lənkəranda qanlı cinayət 

Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi

Ən az benzin "yandıran" 5 maşın açıqlandı - Siyahı

Azərbaycanlı futbolçu Emin Ağalarovun 2 villasını satın aldı

Porno ulduz Natalyadan xoşlanan Papa, hamilə qalan rahibələr, pedofil kilsə xadimləri

Bakıda icazəsiz aksiya başladı -Saxlanılanlar var

Ermənistanı Qazaxın işğal olunmuş kəndləri barədə yeni şayiələr bürüdü

Rusiyanın iştahına baxın: İki müstəqil ölkənin ərazisindən keçməklə...

Ən çox oxunanalar