Cümə, 22 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər danışdı: “Sözüm sözdür!” - Video

Bu günlərdə sosial şəbəkədə yayılmış bir videogörüntü izləyicilərin böyük marağına səbəb oldu. Videoda əsgərlərimizdən biri sevdiyi qızın valideynlərinə səslənir. Bildirir ki, istədiyi qızı ona verməsələr, qaçıracaq. O, qızın valideynlərinin müharibədən əvvəl ona “yox” dediklərini xatırladaq, yarızarafat-yarıciddi xəbərdarlıq edir. Əsgər yoldaşları da qızı qaçırmaqda ona kömək etməyə hazır olduğunu bildirirlər.

PİA.az xəbər verir ki, həmin video ilə məşhurlaşan əsgər Ayaz Orucov bu haqda Modern.az-a da danışıb.

- Ayaz, videoya görə artıq hər kəs tərəfindən tanınırsan. Məşhur videonu qızın valideynləri görübmü?

- Əlbəttə, videonu çəkmişəm qızın valideynləri də görüb, sözümün üstündə də duracağam. Sevdiyim qızı mənə verməsələr, videoda dediyim kimi,  qaçırdacağam.

- İndi həmin xanımla danışa bilirsən?

- Xeyr, valideynləri icazə vermir, danışa bilmirik. Əlaqəmizi kəsiblər, mənim videomdan sonra qızın nömrəsini də qırıblar ki, danışa bilməyək.

- Sirr deyilsə, nəyə görə valideynləri qızlarının səninlə evlənməsinə razı deyillər?

- Bilmirəm, bəlkə də əsgərliyə getməyən birinə vermək istəyirlər qızlarını, mənim kimi müharibədə olan birinə yox. Əsgərlikdən yayınmağa çalışan adamlar var ki... Yəqin qızlarını elə birinə layiq görürlər...

- Hərbi xidmətdən qayıtdıqdan sonra nələr etməyi düşünürsən?

- Videonu çəkəndə nə demişəmsə, həmin sözlərimin üzərində duracağam. Mehribançılıqla olacaqsa, başqa məsələ, olmasa sevdiyim qızı qaçıracağam.

- Bəs sənin ailən bu haqda nə düşünür?

- Mən anamla yaşayıram. Anam hər zaman mənə dəstək olur. O da deyir ki, “necə istəyirsənsə elə et. O həyatı sən yaşayacaqsan”.

- Sevdiyin qızla necə tanış olmusan? Uşaqlıqdan sevirsiniz bir-birinizi?

- Biz Tovuz rayonunda qonşuyuq. Onlar 8-ci, biz 10-cu küçədə yaşayırıq. Bəli, uşaqlıqdan münasibətimiz var. Artıq iki-üç il olar ki, bir-birimizi sevirik. Mən hərbi xidmətdən qayıdandan sonra evlənmək niyyətimiz var.

- Döyüşə gedəndə nələr düşünürdün, necə hisslərlə getmişdin?

- Mən 1999-cu il təvəllüdlüyəm. Ümumiyyətlə, müharibə görməmişdim. İlk dəfə Füzuli istiqamətindən bizə hücum əmri gələndə, Allahdan istədim ki, əgər şəhid olaramsa, parçalanmış şəkildə olum, üzüm belə tanınmasın. Çünki əgər mənim tabutum evə gəlsəydi, anam deyəcəkdi ki, üzünü görüm. O şəkildə anam məni görsə, mənimlə birlikdə o da öləcəkdi.

Amma şükürlər olsun ki, artıq müharibə bitib. Mən də sağ-salamat vətənə borcumu yerinə yetirə bildim.

- Əsgərliyə könüllü getmisən?

- Bəli könüllü olaraq döyüşlərin ilk günündən buradayam. Hələ müharibə başlamazdan öncə cəbhəyə ilk yollanan biz olmuşuq. Sentyabrın 21-dən gəldim, 27-si döyüşlər başladı. Əsgərliyimi iki il öncə bitirmişdim.

- Dedin ki, ananla tək yaşayırsan, onunla danışırsanmı, necədir?

- Yaxşıdır. Ordudan bir günlük icazə almışdım, anam bir az xəstələnmişdi. Hazırda ona baş çəkmək üçün Tovuza gəlmişəm, elə bu gün də əsgər qardaşlarımın yanına qayıdacağam.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xocalı qatili general Manvel Qriqoryan qəbirdən “xortdadı” - Video

Akarın şok planı: “Ayın sonuna qədər...” - Böyük əməliyyatın anonsu

Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi - Yeni təyinat

Həkim-psixiatr: “Koronavirusa qarşı vaksin mövcud deyil” - Müsahibə  

Azərbaycan əsgəri minaya düşərək həlak olub - Foto

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb

“İlhamə Qiliyevadan sonra mənim sözüm keçir” - Afət Fərmanqızı

“Nemət Pənahlının başına yumruq vurdum, girdi stolun altına” – Pənah Hüseyn

"Bunu hüquq mühafizə orqanları da bilir" - Kəmaləddin Heydərovla bağlı açıqlama

Ən çox oxunanalar