Cümə, 22 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Səudiyyə Qətərlə barışdı - Ər-Riyadın masasındakı regional sənədlərdə daha nələr var?..

Bütün yerli və xarici müxtəlifliklərə baxmayaraq, Körfəzi və regional sülhü qorumaq üçün ortaya çıxan siyasi iradə kifayət qədər güclü motivasiyadır...

Emel Abdulaziz Hezzani
“The Independent” qəzeti, 12 yanvar 2021-ci il

Son 5 ildə ərəb bölgəsindəki siyasi səhnəni dərindən araşdırarkən xarici müdaxilələrin xaosa səbəb olduğu, müharibə amilləri yaratdığı və sabitliyi təhdid etdiyi məlum olub. Bu da müdaxiləçi qüvvələrin bəzi ərəb ölkələri arasında yaratdığı gərgin atmosferi üzə çıxarıb.

Əgər bəzi ərəb liderləri bu təhlükənin göstəricilərini lazımınca başa düşüb, ərəb ölkələrinə diz çökdürmək istəyən müstəmləkəçi prosesin qarşısını almasaydılar, indi bir çox ərəb ölkəsinin vəziyyəti daha da pisləşəcəkdi.

Qeyd etmək lazımdır ki, ərəb bölgəsinin boğazında qalmış sümük kimi bir neçə problemli sənəd var. Çünki heç kimdə digərinin yükünü daşımaq üçün kifayət qədər siyasi iradə yoxdur. Üstəlik, hər bir ölkə öz yükü və problemləri altında əzilir. Bununla belə, dövlətlər regional və qlobal rollarına uyğun gələn siyasi və iqtisadi təsirləri sayəsində bir-birlərindən fərqlənirlər. Bu çərçivədə ərəb bölgəsinin çoxsaylı və mürəkkəb sənədlərini qısaca şərh edək.

Bu sənədlərdə həll yollarına və bəzi hərəkətlənmələrə qarşı müsbət reaksiyalar verilir. Buradakı ortaq nöqtə isə Ər-Riyadın rolu və müxtəlif Ərəb-Körfəz məsələlərindəki şüurlu mövqeyidir. Səudiyyə Ərəbistanı 4 il əvvəl Qətərlə münasibətləri kəsən ölkələr (BƏƏ, Bəhreyn və Misir) ilə Doha arasında son barışığa vasitəçilik edərək böyük rol oynadı.

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz Körfəz, ərəb və beynəlxalq liderlər səviyyəsində tanınan bir şəxsdir. Buna görə, Səudiyyə Ərəbistanı mübahisənin xeyirdən çox zərər verdiyini anladıqda boykotda iştirak edən 3 ölkədən aldığı icazə sayəsində Qətərlə danışıqlar aparıb. Onun konkret bir məqsədi var idi: Körfəzin və xüsusən də təcrid dövründə xarici müdaxilədən əziyyət çəkən Qətərin maraqlarına uyğun olmayan boykot problemini sonlandırmaq.

Səudiyyə Ərəbistanı həm də 5 ölkənin keçən həftə “Əl-Ula Zirvəsi”ndə imzaladığı uzlaşma prinsiplərini müəyyən edib. Bu prinsiplərin məzmunu əvvəlki mübahisəli məqamlarla eynidir, yəni ölkələrin suverenliyinə hörmət etmək, təhlükəsizliyinə zərər vuran hərəkətlərdən çəkinmək, terrorizmlə mübarizə, regional və beynəlxalq sənədlərdəki mövqelərin bərabər olması.

Kral Salman gözləmədə qalan buproblemi həll etmək üçün mərhələləri keçməyi bacarıb. Vəliəhd Məhəmməd ibn Salman da uzlaşmanı uğurla idarə edib. O, Qətər əmirini “Əl-Ula” hava limanında səmimi şəkildə qarşılayıb. Körfəz və ərəb bölgəsinin ümumi maraqları üçün kiçik məsələləri kənara qoya bilən mərd və səxavətli bir ərəb lideri kimi davranıb.

Qırmızı dəniz və Ədən Körfəzi ölkələri, Misir, İordaniya, Sudan, Cibuti, Eritreya, Somali və Yəmən də müdaxilələrin hədəfində idi. Ümumiyyətlə, Afrika Buynuzu Körfəzin təhlükəsizliyini pozmaq istəyən xarici güclər üçün bir münaqişə bölgəsi idi. Kral Salmanın “Qırmızı dəniz və Ədən körfəzini əhatə edən Ərəb və Afrika Dövlətləri Şurası”nı qurmasının səbəbi bu idi və müqaviləsi də bir il əvvəl imzalanmışdı.

Strateji baxımdan olduqca əhəmiyyətli olan bu Şura üzv ölkələrin sərmayələri ilə yanaşı, həm də təhlükəsizlik maraqlarını təmin etməyə və Qırmızı dənizin şimalındakı Süveyş Kanalı ilə cənubdakı Babül-Məndəb və Ədən Körfəzindən gedən beynəlxalq dəniz nəqliyyatını qorumağa çalışacaq.

Sudan Səudiyyə rəhbərliyini ən çox məşğul edən sənədlərdən biri idi. Kral Salman da Sudanı “Terrorizmi Dəstəkləyən Ölkələr” Siyahısından çıxarmaq üçün ABŞ administrasiyası ilə görüşüb. Beləliklə, Ömər əl-Bəşirin devrilməsindən sonra yeni rəhbərliyə dəstək verib və həmçinin, bütün dünyaya Sudanın yenidən ayağa qalxması üçün beynəlxalq etimada ehtiyacı olduğu mesajını verib.

Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah-əl Burhan və baş nazir Abdullah Hamduk Kral Salmanın dəvəti ilə Riyada ilk xarici səfərlərini həyata keçiriblər. Bu səfər yeni böyük ərəb güclərinin Sudan arenasındakı prosesləri dəstəklədiyi və yeni rəhbərliyə siyasi-iqtisadi kömək etməyə hazır olduqları barədə Sudan rəhbərliyinə təminat verirdi.

Kral Salmanın 2003-cü ildən bəri İran tərəfindən girov götürülən İraqla bağlı unudulmaz və tarixi bir yanaşması var. Səudiyyə Ərəbistanının bu mövzudakı variantları məhdud idi: məsələn, İraqı 2003-cü ildən bəri zəngin ölkədən borclu ölkəyə çevrilmiş, təhlükəsizliyini itirmiş və terrorçuların dayanacağına çevrilmiş İranın nəzarəti altında saxlamaq və ya yeni bir addım ataraq hərəkətə keçmək.

Bu yeni addım İraq səhnəsində böyük bir dəyişiklik yaratmasa da, ən azından İran işğalı və ABŞ-ın oradakı vəziyyəti pis idarə etməsi nəticəsində davam edən yadlaşmadan sonra ərəblərin yenidən İraqa qucaq açmalarına səbəb oldu.

Səudiyyə Ərəbistanının İraqa son rəsmi səfərindən 14 il sonra Kral Salman Xarici İşlər üzrə Dövlət Naziri Adil əl-Cübeyrə Bağdada səfər etməyi tapşırdı. Bu səfər nəticəsində 1990-cı ildə Səddam Hüseynin Küveytə hücumundan sonra bağlanan və bu günə qədər qapalı qalan Arar Sərhəd Qapısı iki ölkə arasında ticarət üçün açıldı.

Yəmənə gəldikdə isə bu ölkə Səudiyyə Ərəbistanının öz üzərinə götürdüyü bir məsuliyyətdir. Qanuni prezident Əbdürabbu Hadi Mansurun Yəməndəki husi təhdidini dayandırmaq çağırışlarına Riyad hökuməti cavab verib. Kral Salman vəzifəyə gəldikdən iki ay sonra 10 ölkədən ibarət hərbi ittifaqını qurmuş və ona rəhbərlik etmişdi. O vaxtdan bəri Riyad yalnız silahlı qüvvələri ilə deyil, həm də dünyanın ən böyük yardım mərkəzi ilə Yəmənin məsuliyyətini öz üzərinə götürüb.

Bu yardım mərkəzi qitələri yardım təyyarələri ilə gəzən, bütün dinlərin və irqlərin qaçqınlarına dərman və qida yardımı edən, quyular qazan, körpülər və məktəblər inşa edən “Kral Salman” Yardım və İnsani Araşdırmalar Mərkəzidir.

Bu sənədlərin yaratdığı problemlər heç də bəsit deyildi. Bütün yerli və xarici dəyişkənliklərə baxmayaraq, Körfəzi və regional sülhü qoruyan siyasi iradə olduqca böyük bir motivasiya idi.

Bu müxtəlifliklərin ən böyüyü isə enerji və neft qiymətlərindəki dalğalanma idi və Kralın sağ əli olan vəliəhd Məhəmməd Səudiyyə Ərəbistanının bu sahədəki lider rolunu gücləndirdi. Şahzadə Məhəmməd ibn Salman gənc liderlərin zirvəsini təmsil edir. Bütün çətinliklərlə 2030-cu il strateji baxışını reallaşdırmaqla və daha sonra xəyallarını daha da irəliyə apararaq Yaxın Şərqi yeni Avropaya çevirməklə beynəlxalq qurumların inamını qazanan gənc lider modeli yaradır.

Bu yazının məqsədi də hər kəsə öz haqqını vermək və bölgədəki siyasi liderlər arasında olan fərqləri izah etməkdir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xocalı qatili general Manvel Qriqoryan qəbirdən “xortdadı” - Video

Cahangir Əsgərovun qızı İngiltərədə daha bir şirkəti açdı – Fotofakt, Video

Akarın şok planı: “Ayın sonuna qədər...” - Böyük əməliyyatın anonsu

Əsgər yoldaşlarını öldürən Ramil 24 il 6 ay həbs cəzası aldı

Kamran Əliyev Nəcməddin Sadıqovun adamını vəzifədən qovacaq - Biznesmen imiş

Azərbaycan əsgəri minaya düşərək həlak olub - Foto

"ABŞ Əliyev və Ərdoğana qarşı sanksiya tətbiq etməlidir" - Erməni lobbisinin Baydendən ilk tələbi - Video

Bədbin proqnoz: “Yeni bahalaşma dalğası gəlir”

Qarabağda 12 320 erməni hərbçisi öldürülüb - Yerevan açıqladı

Ən çox oxunanalar