Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə Ərəbistanının Kralı Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib

Salman bin Əbdüləziz Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Ciddə şəhərində yerləşən Əs-Səlam kral sarayında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

QMİ-dən APA-ya verilən məlumata görə, göstərilən iltifata görə Kral Salman bin Əbdüləziz Əl Səuda təşəkürünü bildirən Şeyxülislam ona Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb. Onların dost, qardaş Səudiyyə Ərəbistanına xoşbəxtlik, sabitlik və inkişaf diləklərini yetirib. Hacı Allahşükür Paşazadə Kral Salman bin Əbdüləzizin Ermənistan tərəfindən təcavüzə məruz qalmış Azərbaycana verdiyi ənənəvi dost, qardaş dəstəyinin Prezident İlham Əliyevin və xalqımızın həmişə yüksək qiymətləndirdiyini vurğulayıb.

Kral Salman bin Əbdüləziz Al Səud özünün səmimi dostu və qardaşı adlandırdığı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, eləcə də Birinci Vitse-prezident Mehriban Əliyevaya öz salam-dualarını yetirərək qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan rəhbərliyinin iki qardaş ölkə arasındakı əlaqələrin hərtərəfli inkişafına verdiyi önəmli təhfələri, İslam həmrəyliyinin möhkəmləndirilməsi uğrunda atdığı nümunəvi addımları alqışlayır və yüksək qiymətləndirir.

Qəbul əsnasında tərəflər iki dost və qardaş dövlət arasında əməkdaşlıq məsələlərini müzakirə edib, İslamın sülh və mötədillik dini olaraq təlim edilməsinin vacibliyi haqda fikir mübadiləsi aparıblar. Qəbulda Səudiyyə Ərəbistanı tərəfindən Daxili İşlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nəyif bin Əbdüləziz, Kral Divanının müşaviri Səəd Nasir Əl-Şisri, Xarici İşlər naziri İbrahim bin Əbdüləziz Əl-Əssaf və İki Müqəddəs Məscidin Xadiminin xüsusi katibinin köməkçisi Təmim bin Əbdüləziz Əs-Səlim, Azərbaycan tərəfindən isə QMİ sədrinin Birinci müavini müfti Salman Musayev və Azərbaycan Respublikası Milli Məclisin üzvü Cavanşir Paşazadə iştirtak ediblər.



Şeyxülislam qəbuldakı çıxışında bildirib ki, Azərbaycan müsəlmanları bu gün bir mənəvi renossans dövrünə qədəm qoyub:

“Məscidlərimizin sayı 2000-i keçir, islam dininin tədris olunduğu ali təhsil ocaqlarımız çoxalır. Ölkəmizdə başqa dinə qulluq edənlər də öz ibadətlərində azaddır. Bu ilin noyabr ayında Dinlərarası sammitin Bakıda keçirilməsi Azərbaycana olan beynəlxalq etimaddam xəbər verir”.

Şeyxülislam qeyd edib ki, Həcc ziyarətinin nəhəng müsafirlərini, milyonlarla zəvvarı layiqincə qarşılamaq, yola salmaq çox böyük məsuliyyət, əziyyət tələb edir: “Özü də hər il zəvvarların sayı da artır. Bu il də Həcc ziyarəti çox gözəl təşkil edilmişdi. Hacılarımız çox rahat və heç bir texniki, təşkilati problem yaşamadan öz niyyətlərinə çatdılar, ziyarətlərini başa vurdular. Elə buna görə də bütün hacılarımız adından Sizə minnətdarlığımı bildirirəm. Allah bu iki müqəddəs ocağın istisini əbədi eləsin, Səudiyyə ƏrəbistanıAzərbaycan müsəlmanları, habelə bu iki dövlət arasındakı münasibətlər bütün islam aləmi üçün bir nümunə olsun, inşaAllah! Qəbul etdiyiniz, bizə yüksək diqqət ayırdığınıza görə Sizə bur daha minnətdarlığımı bildirirəm! Allah razı olsun”.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar