Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə Ərəbistanı şahzadələri itkin düşüblər

Səudiyyə Ərəbistanının bəzi şahzadələrinin də Krallığın İstanbuldakı Baş Konsulluğunda itkin düşmüş jurnalist Camal Qaşıqçının taleyini yaşadığı məlum olub

“Report” “Haber7”yə istinadən xəbər verir ki, kral Fəthin qardaşı oğlu, monarxiyaya qarşı müxalif dünya görüşlü şahzadə Sultan bin-Türki 2003-cü ildə İsveçrəyə qaçırılıb. Onun maskalı adamlara qaçırılmasını sifariş verən isə əmisi oğlu şahzadə Abduləziz olub.

2010-cu ildə ABŞ-a müalicə məqsədi ilə səfər etmiş şahzadə Sultan oradan Avropaya qaçıb. 2016-cı ildə isə Səudiyyə Ərəbistanının kəşfiyyatı tərəfindən Parisə qaçırılıb.

Şahzadə Türki bin-Bəndər Səudiyyə Ərəbistanında miras məsələsi ilə bağlı bir müddət həbsxanada saxlanılıb. Həbsdən sonra Avropada yaşayıb. Orada Səudiyyə Ərəbistanı kral ailəsi ilə bağlı “Korrupsiyalarınızı açıqlayaram” adı altında videoçarxlar hazırlayıb. 2015-ci ildə isə Avropada itkin düşüb. Mərakeşdən Fransaya qayıdarkən şahzadənin mərakeşli məsul şəxslər tərəfindən Səudiyyə Ərəbistanına təslim edildiyi ehtimal olunur.

Şahzadə Səud bin Saif əl-Nasr İtaliyada yaşayıb. O və ailəsi Misirin keçmiş prezidenti Hüsnü Mübarək hakimiyyətinin devrilməsini dəstəklədiyi deyilir. Şahzadə Səudun Krallığın kəşfiyyatı tərəfindən Ər-Riyada qaçırıldığı vurğulanıb.

Loujaian əl-Hathloul Səudiyyə Ərəbistanında qadın hüquqlarının müdafiəsi ilə məşğul olub. Birləşmiş Ərəb Əmirliklərində tutularaq Krallığa aparılıb.

Hətta Livanın Baş naziri Rafik Haririnin Krallığın paytaxtı Ər-Riyadda həbs olunduğu, istefa verməyə məcbur edildiyi və beynəlxalq qalmaqaldan sonra sərbəst buraxıldığı bildirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar