Çərşənbə, 30 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Səudiyyə Ərəbistanı Pakistana neft kreditini dayandırıb

Səudiyyə Ərəbistanı Pakistana neft alması üçün ayırdıqları krediti dayandırıb.

“Report” “The Economic Times”a istinadən xəbər verir ki, belə bir addım Səudiyyənin nüfuzu altındakı İslam Əməkdaşlığı Təşkilatı (OIC) tərəfindən Kəşmir problemində süst davrandığı üçün Pakistanın tənqidlərinə cavab olaraq atılıb.

Ötən həftə Pakistan Xarici Işlər naziri Şah Məhmud Küreşi OIC tərəfindən Kəşmirə həsr olunmuş sessiya çağırılmasa, təşkilatın bəzi üzvlərini OIC çərçivəsindən kənarda xüsusi sessiya keçirməyə çağıracaqlarını bildirmişdi.

Hazırda Pakistan Səudiyyə Ərəbistanından sözügedən kredit çərçivəsində aldıqları 1 milyard ABŞ dollarını geri qaytarmalıdır. Bütövlükdə 3 milyard ABŞ dolları məbləğindəki kreditin daxil olduğu 6,2 milyard ABŞ dolları həcmindəki yardım zərfi 2018-ci ilin noyabr ayında Səudiyyə Ərəbistanı tərəfindən açıqlanaraq ötən ilin fevral ayında vəliəhd Məhəmməd bin Salmanın İslamabada səfəri zamanı imzalanmışdı.

Səudiyyə Ərəbistanın Birləşmiş Ərəb Əmirlikləri, Oman, bir sıra Şimali Afrika, Qərbi və Mərkəzi

Asiya ölkələri və bəzi başqa müsəlman əhalisi olan ölkələri, o cümlədən dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya ilə yanaşı Kəşmir problemini Hindistanın daxili məsələsi olaraq gördükləri qeyd olunur.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb - Video

Putin öz xalqını çox təhlükəli və görünməz düşmən barədə xəbərdarlıq etdi

Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - Video

"Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."

Öldürülən erməni generalının yerini Azərbaycana Ermənistanın muzdlu döyüşçüləri satıb - Fotolar

Azərbaycan ordusunun uğurlu əks-hücumu Kəlbəcərdəki qızıl yatağını işlədən Rusiya şirkətini də “vurdu"... 

Cavaxetiya erməniləri Gürcüstan-Türkiyə yolunu bağladılar

Erməni generalı və zabitlərinin olduğu bunker dağıdılıb

Paşinyan Rusiyaya gedəcək erməni nümayəndənin səfərini ləğv etdi - Nələr baş verir?

Ermənilər cəbhəyə gedən Kamil Zeynallını hədəf aldı - Foto

loading...

Ən çox oxunanalar