Səudiyyə Ərəbistanı “əl-Qaidə” terrorçu qruplaşmasının qurucusu Üsamə Bin Ladenin oğlu Həmzə Bin Ladeni Krallığın vətəndaşlığından çıxarıb
Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Həmzə Bin Ladenin vətəndaşlığı ləğv edilib.
Qeyd edək ki, ABŞ Həmzə Bin Ladenin “başına” 1 milyon dollar məbləğində mükafat qoyub.(Report)
pia.az