Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə ABŞ-a təpik atır: Kral ailəsi himayədarından niyə üz çevirir?..

1971-ci ildən bəri saxta rifah sistemi quran və İkinci Dünya Müharibəsindən bəri dünya xalqlarına silah gücü ilə ağalıq edən ABŞ-ı ən yaxın kölələri də tərk edir...

Hakan Topkurulu

“Aydınlık” qəzeti, Türkiyə, 6 may 2020-ci il

Covid-19 pandemiyası iqtisadi cəhətdən ilk olaraq neft qiymətlərinə hücum etmişdi. Martın əvvəlində OPEC+ toplantısında Rusiya ilə Səudiyyə Ərəbistanı neft qıtlığına görə razılaşa bilməmişdi. Bu anlaşmazlıq nəticəsində Səudiyyə daha çox neft istehsal etmək qərarına gəlmişdi. Nəticədə, neftin qiyməti 60 dollar 30 dollara düşmüşdü.

Bu görüşün ABŞ-ın tələbi ilə Səudiyyə Ərəbistanı tərəfindən təşkil edildiyi və buna görə də Rusiya ilə Səudiyyə Ərəbistanı arasında gərginlik yarandığı deyilirdi. O günlərdə iştirak etdiyim görüşlərdə və müsahibələrdə: “Əslində, Rusiya və Ərəbistan arasında çəkişmə yoxdur, onlar sadəcə olaraq dava edirmiş kimi görüntü yaradaraq Amerikaya gizli zərbələr endirirlər”, dedim.

Daha sonra OPEC+ bir iclas da keçirib. Bu görüş nəticəsində gündəlik neft istehsalının 10 milyon barrel azaldılmasına qərar verilib. Lakin bu azalma ABŞ üçün kifayət deyildi. Çünki ABŞ-ın istehsal etdiyi qaya neftinin bir barelinin istehsal dəyəri təxminən 50-55 dollar idi. Ancaq bu azalmadan sonra bir barrel neft cəmi 30 dollar olub və yenidən ucuzlaşmağa başlayıb.

Neft məsələsi ABŞ-ı iki tərəfdən vurur:

1. Şist nefti 2008-ci il böhranından sonra ABŞ-ın ən vacib istehsal və ixrac vasitələrindən biri olub. Ancaq gəlir əldə etmək üçün neftin qiyməti mütləq 50 dollardan yuxarı olmalı idi.

2. Əsas zərbə isə odur ki, neft və neft məhsulları dünya ticarətinin ən aparıcı məhsullarıdır. Bu məhsulların ticarəti dollarla edilir və bu da dollara olan tələbatı artırır. Bu tələb, Trampın sözləri ilə desək, “ABŞ-ın saxta rifahını”nın artmasına səbəb olur.

Neftin ucuzlaşması və tələbin azalması da dollara olan tələbatın azalmasına səbəb olub. ABŞ buna dözə bilməzdi.

Milli Kanal xəbər mərkəzində maraqlı bir xəbər çıxıb. Başlığı belədir: “ABŞ Senatından Səudiyyə Ərəbistanına təhdid”.

Xəbərin davamında isə qeyd edilir: “Respublikaçı senator Kramer Səudiyyə kral ailəsinin ABŞ-a qarşı neft müharibəsi açdığını bildirərək, prezident Trampdan Amerika əsgərlərinin və Patriot hava müdafiə sistemlərinin Səudiyyə Ərəbistanından geri çəkilməsini istəyib”.

40 ildir ABŞ-ın köləsi olan və ABŞ olmasa, bir gün belə hakimiyyətdə qala bilməyən Səudiyyə kral ailəsinə nə olub? Niyə bu qədər lovğalanır?

Xəbərin davamı isə daha maraqlıdır. ABŞ Senatından olan 48 Respublikaçı Səudiyyə krallığına məktub göndərib. Məktubda qısaca deyilir: “Bu vəziyyət ölkələrimiz arasındakı iqtisadi və hərbi əlaqələrə xələl gətirə bilər. Yaxın Şərqdəki hərbi varlığı ilə ABŞ hər iki ölkənin iqtisadi rifahını və təhlükəsizliyini təmin edir. Konqres üzvləri olaraq bu tərəfdaşlığın zəifləməsini istəmirik, lakin krallıq bu yeni yaranan enerji böhranının qarşısını almaq üçün lazımi addımları atmasa, ABŞ rəhbərliyini müvafiq qarşılıqlı cavabları nəzərdən keçirməyə dəvət edəcəyik”.

1971-ci ildən bəri saxta rifah sistemi quran və İkinci Dünya Müharibəsindən bəri dünya xalqlarına silah gücü ilə ağalıq edən ABŞ-ı ən yaxın kölələri də tərk edir.

ABŞ-da Tramp tərəfdarları bəzi ştatlarda silahlı hücumlar təşkil edirlər. Bu proses ABŞ imperiyasının parçalanması ilə başa çatacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar