Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səttar Mehbalıyevin diplomat kürəkəni sevgilisi ilə ABŞ-a qaçıb? - Konsulluqdan açıqlama

Mətbuatda Azərbaycan Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinin əməkdaşı Rəşad Eyvazovun ABŞ-a qaçdığı barədə informasiya yayılıb... 

Qeyd olunur ki, Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin qızı Nigar Eyvazova ilə evli olan Rəşad Eyvazov həyat yoldaşını və 3 oğlunu ataraq (daha dəqiqi, təxminən 1 ay olar ki, ailə dağılıb), N. adlı sevgilisi ilə ABŞ-a yerləşib.

Onun özü ilə Mehbalıyevlər ailəsinə aid 3 milyon ABŞ dollarını götürdüyü bildirilir. Bu məsələ ilə bağlı tərəflər arasında gərgin qalmaqal yaşanır.

Bildirilir ki, Mehbalıyevlər ailəsinin Türkiyədəki biznesi 400 milyon dollar qiymətləndirilir. Bura otellər, villalar, mağazalar aiddir. Türkiyədəki bizneslərə Səttar Mehbalıyevin həyat yoldaşı rəhbərlik edir. Nigar Eyvazova isə SOCAR-Türkiyənin əməkdaşıdır.

Bundan əvvəl Rəşad Eyvazov 4-5 il ərzində İstanbuldakı konsulluğumuzda işləyib, diplomatik vəzifə daşıyıb. Ancaq sonradan o, Xairici İşlər Nazirliyinin sərəncamına qayıdıb, nazirlikdə işləməyə başlayıb. R.Eyvazovun bu yaxınlarda Los-Ancelesdəki konsulluğa təyinat aldığı bildirilir.

ABŞ-ın Los-Anceles şəhərində yerlşən Baş Konsulluğundan Musavat.com-a bildiriblər ki, adı çəkilən diplomat XİN-in əmrilə 2018-ci ildə Baş Konsulluğa ezam olunub və hazırda da Baş Konsulluqda fəaliyyətini davam etdirir.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar