Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səsvermə ilə hakimiyyətə gələn diktatorlar... - Dünya niyə belə qarışdı?

Bir vaxtlar Hitler və Mussolini də seçki ilə hakimiyyətə gəlmişdi. Bu gün də səsvermə yolu ilə seçilən çox sayda diktator var...

Esfender Korkmaz
“Yeniçağ” qəzeti, Türkiyə, 13 noyabr 2019-cu il

Boliviyada Ali Məhkəmə 20 oktyabr seçkilərində 14 ildir prezident olan Eva Morales qalib gəldiyini elan etdi. Lakin seçkilərdə saxtakarlıq edildiyini irəli sürən müxalifət və xalq küçələrə axışdı. Etirazlar zamanı ortaya çıxan qarşırmada 3 nəfər ölüb, 383 nəfər də yaralanıb. Morales əsgərlərin və polislərin təzyiqi ilə istefa verməyə məcbur qalıb. Bu məsələni sağ və sol müxtəlifət hərəsi bir cür şərh edir. “Moralesin sosialist yüksəlişi ABŞ-ın müdaxiləsi və faşizmin zərbəsi ilə sona çatdı”, kimi sözlərlə drammatik fikirlər səsləndirilir. Lakin əsas məsələ “Morales Boliviyaya nə gətirdi?”, sualını verməkdir. Mədənlər və təbii qaynaqlar baxımından zəngin olmasına baxmayaraq, Boliviya əhalisinin 53%-i yoxsulluq səviyyəsindən də aşağı vəziyyətdə yaşayır. Adambaşına düşən gəlir ən aşağı səviyyədə 3500 dollardır.

Moralesin partiyasının verdiyi təklif xalqın verdiyi səslər əsasında “bir nəfər 2 dəfədən artıq prezidentliyə namizəd ola bilməz” cümləsi ilə Boliviya Konstitusiyasına daxil edilmişdi. Lakin özünün prezidentlik müddəti bitdikdə Morales bu dəfə də 2016-cı ildə bu qanunun insan hüquqlarına zidd olduğunu deyərək, məhkəmə qərarı ilə yenidən seçilmək haqqı qazanmışdı. Morales özündən başqa prezident kürsüsündə heç kimi görmürdü. Həmişə də deyirdi ki, əgər Bolviyaya ondan başqa prezident gələrsə, ölkədə qeyri-sabitlik yaranacaq.

Dünyada Azadlıq (Freedom in The World) hesabatının verdiyi məlumata görə, Boliviyada siyasi hüquqların və demokratik azadlıqların dərəcəsi 7-dən 3-dür. Yəni bu ölkə yarı azad statusdadır. Boliviya xalqının siyasi keçmişi heç təmiz deyil. Lazım olanda demokratiya tələb edən bir cəmiyyətdir. Lakin özündən başqa heç kimi lider kimi görməyən adamlar daha da çoxdur. Dünya Ədalət Layihəsinə əsasən, hüququn üstünlüyü indeksinə 126 ölkə içərisində Boliviya 119-cu sıradadır. Əsas hüquqlar da çox geridədir.

Qısaca, 14 il prezidentlik etmiş Morales Boliviyaya demokratiya və rifah gətirməyib. Sosialist olması ölkənin demokratiyada və iqtisadiyyatda məğlub olmasının qarşısını almır.

Livandan başqa siyasi və iqtisadi problemləri olan ölkələr bir qayda olaraq prezidentlik sistemi ilə idarə olunur. Venesuela artıq istər demokratiya, istərsə də iqtisadiyyat indekslərindən çox kənarda qalıb. Argentinada da prezidentlik sistemi var. Demokratik olaraq müstəqil statusdadır. Lakin buna baxmayaraq, dünyada ən ağır iqtisadi problem yaşayan ölkədir.

Çilidə də prezidentlik sistemi var. İndekslərdə müstəqil statusda və demokratik bir ölkə kimi görünür. Lakin metro qiymətlərinin artması ilə başlayan nümayişlər ölkədə xaosa yol açıb. Honkonq ayrıca rəhbərlik razılaşması əldə etmiş olsa da, Çindəki tək partiya olan Kommunist partiyasının ağır təzyiqi altındadır.

Dünyanın xaos içində qalmasının bir səbəbi də demokratiya tələb etməyən ölkələrdə prezidentlik quruluşunun avtoritar rejimə çevrilməsidir. Bir digər səbəb də qloballaşmanın həm dünyada, həm də eyni bir ölkə daxilində gəlir bölgüsünü pozması və sinfi bərabərsizliyin səviyyəsini artırmasıdır.

Bir vaxtlar Hitler və Mussolini də seçki ilə hakimiyyətə gəlmişdi. Bu gün də səsvermə yolu ilə seçilən çox sayda diktator var.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar