Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərxoş halda avtoxuliqanlıq edən sürücü həbs olunub

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən nəzarət-profilaktik tədbirlər zamanı avtoxuliqanlıq hərəkətləri edərək ictimai aşayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Elvin Əhmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə şəhərin küçə və prospektlərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq edib.Yol Patrul Xidmətinin əməkdaşlarının “saxla” əmrinə tabe olmayan sürücünün saxlanılan zaman orta dərəcəli sərxoş olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Elvin Əhmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati həbs edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar