Cümə, 02 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Sərt karantin rejimi tətbiq olunan 13 şəhər və rayonda bir sıra məhdudiyyətlər qüvvədə qalır - Siyahı

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda bəzi məhdudiyyətlər qüvvədə qalır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həmin məhdudiyyətlər bunlardır:

• həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;

• nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti;

• ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

• muzey və sərgi zallarının fəaliyyəti;

• bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

• açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

• xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla);

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır.

Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunub.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Qarabağ probleminin 50 faizi artıq həll olunub” - Açıqlama

Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

Qarabağın pərdəarxası: Rusiya Azərbaycanın irəliləməsinə niyə icazə verir?..

Erməni rejimi əhalidən ordu üçün su, siqaret və konserv dilənməyə başladı...

Azərbaycan Ağdərədə müdafiə xəttini yardı: Məhv edilmiş düşmən əsgərlərinin görüntüləri - Video, Foto

Tramp, Putin və Makron Qarabağla bağlı birgə bəyanat verəcəklər

Türkiyə və Rusiya Qarabağda hərbi əməliyyatların dayandırılmasını istəyirlər

Erməni işğal qüvvələrinin tərkibində vuruşan suriyalı terrorçular - Foto

Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağla bağlı bəyanat qəbul edib.

Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı - Rəsmi

loading...

Ən çox oxunanalar