Çərşənbə, 21 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Sərracın istefasından sonra Türkiyənin Liviyadakı mövqeyi sarsıla bilər?

Müşahidəçilər hesab edirlər ki, Sərrafı istefaya zorlamaqla Vaşinqton həm Türkiyənin Aralıq dənizində aktiv siyasətini durdurmaq istəyir... 

Politoloq: “Sərracın istefa xəbəri əlbəttə ki, Türkiyədə ciddi suallar yaradıb. Çünki Liviyada lider dəyişsə, gələn lider Türkiyə ilə münasiblərə fərqli prizmadan yanaşacaq”.

“Liviyada hakimiyyətə kim gəlsə də, Türkiyə ilə əməkdaşlıqdan imtina edə bilməyəcək”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Liviyanın Milli Barışıq Hökümətinin Baş naziri Sərracın istefa xəbərini PİA.az-a şərh edərkən qeyd edib.

Liviya Baş naziri Fayez Sərrac vəzifəsindən istefa verəcəyi tarixi açıqlayıb. Sərrac oktyabrın sonunda vəzifəsindən getməyə hazır olduğunu bəyan edib.

“Hər kəsə ən geci oktyabr ayının sonuna qədər vəzifəmi təhfil verəcəyimi səmimi şəkildə bildirirəm”, - Sərrac söyləyib. Qeyd edək ki, Fayez Sərrac bir neçə gün öncə istefa verəcəyini elan etmişdi. O bu bəyanatı səsləndirməmişdən əvvəl Ankara səfər edərək orezident Ərdoğanla görüşmüşdü. Lakin bu görüşdə istefaya getmək niyyəti ilə bağlı Türkiyə prezidentinə heç nə deməmişdi.

Elə ona görə də Sərracın qəfil istefa bəyanat Türkiyədə böyük təəccüblə qarşılanıb. Bəzilərinə görə Sərrac ABŞ-ın təzyiqləri qarşıdsında davam gətirə bilməyərək istefa qərarını verib. Bəsi müşahidəçilər isə hesab edirlər ki, Sərrac Vaşinqtonun tələbi ilə qəfil istefa qərarı verib.

Qeyd edək ki, Liviyanın Rusiya və Türkiyənin nəzarəti altına keçməsi və iki ölkə xarici işlər nazirləri arasında əldə olunan Liviya razılaşması ABŞ-da ciddi narahatlıq yaradıb və Vaşinqton son zamanlar Liviyada həddindən artıq aktivləşib. Müşahidəçilər hesab edirlər ki, Sərrafı istefaya zorlamaqla Vaşinqton həm Türkiyənin Aralıq dənizində aktiv siyasətini durdurmaq istəyir.

Sərracın istefasından sonra Türkiyənin Liviyadakı mövqeyi sarsıla bilərmi və bu istefa Aralıq dənizidə hansı yeni geosiyasi mənzərəni ortaya çıxara bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna müraciət edib.

Elxan Şahinoğlu: “Türkiyə əvvəlki kimi Liviyadakı proseslərə təsir etməyə çalışacaq”.

Türkiyənin dəstəyi olmadan Liviya mərkəzi hökumətinin hərbi müxalifltləə başa gələ bilməyəcəyini düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, bütün hallarda Liviyada hakimiyyətə gələn şəxs də Türkiyə ilə müttəfiqliqliyə məcburdur:

“Bəli, Sərrac artıq ayın axırında istefa verəcəyini açıqlayıb. Çünki mərkəzi hökümətlə nazirlər arasında problem var. Həmçinin insanların da müəyyən narazılıqları var. Çünki ölkədə islahatlar ləng gedir və korrupsiya halları var.

Sərracın istefa xəbəri əlbəttə ki, Türkiyədə ciddi suallar yaradıb. Çünki Liviyada lider dəyişsə, gələn lider Türkiyə ilə münasiblərə fərqli prizmadan yanaşacaq. Bu da Türkiyənin maraqlarına toxunacaq. Məlumdur ki, Sərrac birbaşa Türkiyə ilə müttəfiqlik xəttini tuturdu. Buna görə də Türkiyə Liviyadakı dəyişiklikləri həyəcanla izləyir.

Elxan Şahinoğlu: “Yeni gələn sima Türkiyə ilə müttəfiqliqliyə sadiq qalsa da, Türkiyə üçün müəyyən suallar yarana bilər”.

Düşünürəm ki, Liviyada hakimiyyətə kim gəlsə də, Türkiyə ilə əməkdaşlıqdan imtina edə bilməyəcək. Çünki Türkiyənin dəstəyi olmadan Liviya mərkəzi hökuməti hərbi müxalifətlə başa gələ bilməyəcək. Buna görə də Liviyada hakimiyyətə gələn şəxs də Türkiyə ilə müttəfiqliqliyə məcburdur.

Aydındır ki, Sərrac Türkiyəyə daha yaxın sima idi. Yeni gələn sima Türkiyə ilə müttəfiqliqliyə sadiq qalsa da, Türkiyə üçün müəyyən suallar yarana bilər. Buna görə düşünürəm ki, Türkiyə əvvəlki kimi Liviyadakı proseslərə təsir etməyə çalışacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Liviya Sərrac


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Hərbi formada çəkdirdiyi şəkil başına bəla oldu - Fotolar

Paşinyanın döyüşlər başlayandan atəşkəs üçün zəng edib yalvardığı ölkələr

Paşinyanın qızı: “Xəyallarımız puç oldu…”

"Ermənilər unutmasınlar ki, ən güclü hərbi birləşməmiz İrəvanın 40 kilometrliyindədir..."

Artsrun Ovannisyandan məğlubiyyət anonsu: "Dünya ölkələri, Rusiya bizə yardım etməlidir, uduzduq"

Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - Rəsmi açıqlama

Azərbaycan Ordusunun qalibiyyətli müharibə taktikası - hərbi “beyin mərkəzləri” şokda

Cəhənnəmə xoş gəldin, Artsrun Ovannisyan! -  Video

Ermənilər Zəngəzurda müdafiə xətti qurmağa başladı - Davtyan bölgəyə göndərildi

loading...

Ən çox oxunanalar