Şənbə, 07 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Sərnişin qapıya müdaxilə etdi - qatar tuneldə qaldı

Bakı metrosunda yeni qatarda problem

 

Bakı metrosunda qatarda problem yaranıb.

Trend-in məlumatına görə, hadisə səhər saatlarında metronun "Koroğlu" stansiyasından "Ulduz" stansiyası istiqamətində hərəkət edən yeni qatarda baş verib.

Qatar "Koroğlu" stansiyasından "Ulduz" stansiyasına hərəkət edərkən tuneldə dayanıb. Bir neçə dəqiqədən sonra hərəkət edən qatar "Nərimanov" stansiyasında yenidən dayanıb. Nəticədə vaqonların birində olan sərnişin qadın özünü pis hiss edib. Stansiyaya təcili tibbi yardım briqadası çağırılaraq qadına yardım göstərilib.

Faktı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.

O bildirib ki, hadisə qatarın qapılarına sərnişin müdaxiləsi nəticəsində baş verib: "Yeni qatarların qapılarını saxlamaq olmaz. Pik saatlar olduğundan sərnişinlər vaqonlardan birinin qapısının bağlanmasına mane olub və nəticədə sistemdə proqram silinib. Proqramın bərpası isə təxminən 2-3 dəqiqə çəkdiyi üçün ümumi xətt intervalında gecikmələr yaranıb.

Hazırda problem həllini tapıb və qatarların intervalı nizamlanır".

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar