Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serj Sarkisyan niyə həbs olunmur?

“2008-ci ilin 1 martından sonra Ermənistan diktatorluq qaranlığına qərq olub”

Erməni KİV-i bildirir ki, 2016-cı ilin iyulunda Yerevanda Post-Patrul Xidmətinin binasına silahlı hücum etməklə Serj Sarkisyan hakimiyyətinə qarşı qiyam qaldıran qruplaşmanın – indi partiya kimi fəaliyyət göstərən “Sasna Tsrer”in yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qeyd olunub ki, Ermənistanın hazırkı hakimiyyəti seçki nəticələrini saxtalaşdıran əvvəlki rejimin ölkədə konstitusiya quruluşunu tamamilə devirdiyini, dövləti ələ keçirərək onu erməni xalqına qarşı terror maşınına çevirdiyini təsbit edib. Həmçinin, “Sasna Tsrer” Serj Sarkisyan hökumətinin müharibə yolu ilə Qarabağ torpaqlarını Azərbaycana “satdığını” iddia edib.

“4 günlük aprel müharibələrindən sonra aydın oldu ki, Ermənistanda dövlət terroruna həm də, dövlətə xəyanət əlavə edildi. Çünki rejim əvvəlcədən razılıq üzrə müharibə yolu ilə əraziləri düşmənə verməyə çalışır. Robert Koçaryan və bir neçə digər yüksək vəzifəli məmurların məsuliyyətə cəlb olunması kifayət etmir. Aydın deyil ki, niyə bu günədək Serj Sarkisyan azadlıqda gəzir?”, – deyə bəyanatda vurğulanıb.

Azvision.az xatırladır ki, “Sasna Tsrer” silahlı qruplaşması Serj Sarkisyanı hakimiyyətdən getməyə məcbur etmək üçün 2016-cı il iyulun 17-də qaldırdığı silahlı üsyanda aralarında polis rəisinin müavini, general-mayor Vartan Yegizaryan da olmaqla, 6 nəfəri girov götürmüşdü. Həmin hadisələrdə əhali də qiyamçıların tərəfində idi və blokadada olan qruplaşma üzvlərini ərzaqla təmin etməyə çalışırdı. Lakin bir neçə gündən sonra qiyamçılar hökumət qüvvələrinə təslim oldular və həbs edildilər. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə “Sasna Tsrer” terrorçuları əfv edilərək sərbəst buraxıldılar.

pia.az


Etiket: Serj Sarkisyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar