Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sərhədlər bağlansa da, son iki gündə Rusiyadan cənazələr gətirilib”

“Xaricdə olan 15 mindən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub. Gətirilənlər xüsusi karantin zonalarında yerləşdirilir”...

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, 20 aprelə qədər Azərbaycana hava yolları və quru yollarla giriş-çıxış dayandırılıb: “Bu, yükdaşımalara şamil edilmir, daxili yoluxma hallarına diqqəti yönəltmək üçündür. Həmçinin karantin məqsədləri üçün ayrılmış karantin yerləri ilə bağlı məsələni tənzimləməkdən ötrüdür. Xaricdə olan vətəndaşlarımıza da anlayışları üçün təşəkkür edirik. Sərhədlər bağlansa da, müstəsna hallar olur. Son iki gündə Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi halları olub. O insanların yaxınları müraciət edib, humanizm prinsipi əsasında bu məsələ nəzərə alındı”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, xaricdəki diplomatik nümayəndəliklərimiz vətəndaşlarımızla təmasdadırlar: “Zəruri ehtiyacı olan vətəndaşlara diplomatik nümayəndəliklərimiz, tələbələrə münasibətdə isə Təhsil Nazirliyi tərəfindən dəstək verilir”.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar