Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhədə tərəf irəliləyən Rusiya hərbi karvanları

Sosial şəbəkələrdə Rusiya ordusunun Ukrayna sərhədlərinə tərəf irəliləyən və kilometrlərlə uzunluğunda hərbi karvanlarının görüntüləri yayılıb. Hərbi tematika üzrə fəaliyyət göstərən Rusiya Telegram-kanallarında yayılan görüntülərə əsasən uzunluğu azı 6 kilometr olan bir hərbi karvan Şaxta şəhərindən Rostova doğru irəliləyir. Bəzi məlumatlara görə karvan ilhaq olunmuş Krıma tərəf gedir. Hərçənd Rusiya Müdafiə Nazirliyinin bu barədə heç bir rəsmi məlumatı yoxdur.

Hərbi nəqliyyat vasitələrinin nömrə nişanlarına əsasən sosial şəbəkə istifadəçiləri müəyyən ediblər ki, bu karvan Rusiyanın Belarusla birlikdə bir neçə gün əvvəl keçirdiyi “Qərb-2021” irimiqyaslı təlimlərindən qayıdan hərbi texnikadan ibarət deyil.

Digər məlumata görə daha bir karvan Ukraynanın Donbass regionu istiqamətində irəliləyir, kilometrlərlə uzunluğunda karvan Kamensk-Şaxtinsk şəhəri rayonunda qeydə alınıb.

Rusiyanın hansı məqsədlə Ukrayna sərhədləri istiqamətində yenidən iri qoşun qruplaşmaları cəmləşdirdiyi məlum deyil. Amma bu günlərdə Ukraynanın Donbassdakı Birləşmiş qüvvələrinin komandanı, general-leytenant Sergey Nayev bəyan edib ki, Rusiya istənilən vaxt Ukraynaya irimiqyaslı hərbi müdaxiləyə başlamağa hazırdır.

Rusiya tərəfindən Ukraynanın cənubuna hərbi təhdidlər hər il artır. Rusiyanın yaxın zamanlarda hərbi müdaxiləyə başlayacağına dair əlamətlər hələlik yoxdur. Lakin işğal edilmiş Krım yarımadasının sürətlə hərbiləşdirilməsi və çox güclü hərbi bazanın yaradılması Ukraynanın milli təhlükəsizliyinə yönəlmiş hərbi təhdidlərin artmasından xəbər verir”,-general deyib.

O bəyan edib ki, Rusiya ordusu keçirdiyi təlimlər sayəsində indi böyük məsafəyə qoşunların yerdəyişməsini həyata keçirmək imkanındadır. Nayevin fikrincə, Krımda “ifrat güclü Rusiya hərbi bazası” Ukraynanın cənubuna hücum üçün platsdarm kimi istifadə oluna bilər.

Xatırladaq ki, bu ilin martında Rusiya Ukrayna sərhədlərinə təxminən 120 minlik qoşun qruplaşması və böyük sayda hərbi texnika, o cümlədən yüzlərlə döyüş təyyarəsi cəmləşdirmişdi. Bütün bunlar Ukraynanın Qarabağ müharibəsinin təcrübəsi əsasında Donbassda hərbi əməliyyatlara hazırlaşdığı haqda xəbərlərin fonunda edilirdi.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar