Bazar, 26 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sərhəddə görüş – Şahin Mustafayev erməni həmkarı ilə nələri razılaşdırdı?

24 may 2022-ci il tarixində əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.

Bu, 44 günlük müharibədən sonra tərəflər arasında ilk belə ciddi görüş idi. Görüşdə tərəflər bir sıra məsələlər üzrə mühüm razılığa gəlməyi bacarıblar:

Birincisi, tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Bundan başqa, Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.

Brüssel görüşündən iki gün sonra Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi həm rəsmi Bakının, həm də İrəvanın prosesdə maraqlı olduğunu göstərir. Tərəflərin delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını bildirməsi də bunu təsdiqləyir.

Bununla belə, Bakı və İrəvan arasında sərhədlərlə bağlı ziddiyyətlər tam aradan qalxmayıb. Ermənistan Baş naziri Nikol Paşinyan delimitasiyanın SSRİ dağılandan sonrakı mövcud sərhədlər üzrə aparılmasını istəyir. Azərbaycan isə delimitasiya prosesində həm anklavların, həm də vaxtilə otlaq və əkin sahəsi adı ilə Ermənistana verilən ərazilərin nəzərə alınmasını tələb edir. Dövlət Komissiyasının tərkibində Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, Qazax Rayon İcra Hakimiyyətinin başçısının yer alması da Bakının bu mövqeyindən geri dönməyəcəyini açıqca göstərir.

İkincisi, tərəflər dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsi məqsədəuyğun hesab edilib. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.

Prinsip etibari ilə sərhədlərin delimitasiyası ilə bağlı Avropa ilə Rusiya arasında fikir ayrılığı yoxdur. Bu isə öz növbəsində prosesin həllini sürətləndirə bilər. Belə ki, ikinci Brüssel görüşündə tərəflər aprel ayının sonuna qədər birgə komissiyanın yaradılması barədə razılığa gəlmişdi. Həmin razılaşma 26 noyabr Soçi bəyanatındakı “birgə komissiyanın yaradılmasına” əsaslanırdı. Bu mənada ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi əslində yeni bir şey deyil, əksinə mövcud prosesin öncədən təyin edilən qrafik üzrə aparıldığını göstərir.

Digər tərəfdən, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsinə Azərbaycan-Ermənistan sülh gündəliyindəki ehtimal edilən Qərb-Kreml rəqabətini neytrallaşdıra bilər.

Turan Rzayev - Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

ABŞ-ın Minsk qrupu ilə bağlı təzyiqləri - Vaşinqton erməni dəyirmanına niyə su tökür?.. - Müsahibə

Prezident bir qrup hərbi qulluqçunu təltif edib - Siyahı

Borell: “İranla müzakirələrə yenidən başlamağa qərar vermişik” - Yenilənib

Bakıdan Füzuliyə yola düşən ilk sərnişin avtobusu mənzil başına çatıb - Yenilənib

Bığına görə töhmət aldı, həbsdən qorxub Gəncədən qaçdı, arvadından sonra evlənmədi

Qüdrət Həsənquliyev: “Azərbaycan ordusu Zəngəzuru götürməlidir”

Siyavuş Novruzov: “Lapşinlə bağlı məsələni İnterpol vasitəsilə yenidən qaldırmaq lazımdır”

“Qarabağ” bu gün Rumıniya klubu ilə oynayacaq

Ən çox oxunanalar