Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhəddə atəşkəsin intensiv pozulması... - Gərginliyin Naxçıvan istiqamətinə daşınması nədən xəbər verir?

Seçkilərdən sonra ermənilər intensiv şəkildə atəşkəsi pozmaqla nəyə can atırlar?.. 

Politoloq: “Qarabağ məsələsində hərbi-siyasi gərginliyin artmasında hərənin öz marağı var. ABŞ və Fransa regionda siyasi təsirlərini saxlamağa, Rusiya isə regionda daha çox hərbi iştirakçılığını genişləndirməyə çalışır”.

Ermənistanın sərhədlərin təhlükəsizliyini tamamilə Rusiyanın himayəsinə vermək və Azərbaycanı bütün mövqelərdə Rusiya ilə qarşı-qarşıya qoymaq planı var”.

Bu sözləri politoloq Nəsimi Məmmədli seçkilərdən sonra ermənilərin intensiv şəkildə atəşkəsi pozmaqları cəhdlərinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi srağagün Şuşada, dünən isə Naxçıvan istiqamətində ermənilər atəşkəsi pozub. Ermənistanın Müdafiə Nazirliyinin verdiyi məlumata görə Naxçıvan istiqamətində baş verən atışmada bir erməni əsgəri öldürülüb. Azərbaycan tərəfi isə bir əsgərinin yaralanması ilə bağlı məlumat yayıb. Dünən axşam saatlarında isə Naxçıvan istiqamədində ermənilərin açdığı atəş nəticəsində FHN zabitinin yaralanması haqda məlumat yayıldı.

Qeyd edək ki, seçkilərdən sonra ermənilər intensiv şəkildə atəşkəsi pozmağa can atırlar. Bu da Yeravanın hansısa planın olduğundan xəbər verir. Gərginliyin Naxçıvan istiqamətinə də sıçraması Rusiyanın bu sərhədləri də öz nəzarətinə götürməsi məqsədi daşıya bilərmi? Yoxsa ermənilər Qərbdən aldıqları fitnə ilə teni məkrli planı həyata keçirməyə çalışırlar?

Atəşkəsin müxtəlif istiqamətlərdə pozulması məsələsini PİA.az-ın əməkdaşı politoloq Nəsimi Məmmədli ilə müzakirə edib.

Nəsimi Məmmədli: “Ermənistan Azərbayca­n sərhədlərinin ATƏT-in Minsk Qrupu çərçivəsində ABŞ, Fransa və Rusiyanın mandatı altında qorunmasına nail olmağa can atır”.

Azərbaycanın Dağlıq Qarabağ probleminin həll edilməsi ilə bağlı verdiyi bəyanatlar, o cümlədən Ermənistanla sülh sazişi imzalamaqla bağlı verdiyi təkliflərə qarşı tərəfin açıq olmadığını qeyd edən politoloq PİA.az-a bildirib ki, rəsmi Bakının bu mövqe açıq şəkildə Ermənistanı, habelə, ABŞ və Fransanı, qapalı şəkildə isə Rusiyanı qane etmir. Faktiki olaraq ErmənistanATƏT-in Minsk qrupu Dağlıq Qarabağda yaşayan ermənilərə status verilməsində və ya ən azı bunun müzakirəsinin davam etməsində maraqlıdırlar:

Azərbaycan hakimiyyəti rəsmi şəkildə bəyan edib ki, Qarabağ problemi artıq həll olunub. 44 günlük savaşdan sonra Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərə heç bir xüsusi status verilməyəcək. ATƏT-in Minsk Qrupu həmsədrləri danışıqlar prosesinə davam etmək istəyirsə, yalnız bu prinsipləri rəhbər tutmalı və təkliflərini buna uyğun hazırlamalıdır.

Əks halda onlarla müzakirə ediləcək məsələ qalmayıb. Amma bu mövqe açıq şəkildə Ermənistanı, habelə, ABŞ və Fransanı, qapalı şəkildə isə Rusiyanı qane etmir. Faktiki olaraq ErmənistanATƏT-in Minsk Qrupu Dağlıq Qarabağda yaşayan ermənilərə status verilməsində və ya ən azı bunun müzakirəsinin davam etməsində maraqlıdırlar.

Nəsimi Məmmədli: “ATƏT-in Minsk Qrupunu əvvəlki format və prinsiplərlə danışıqlar prosesinə qaytarmaq üçün əlavə bəhanə yaratmağa çalışır”.

Qarabağ məsələsində hərbi-siyasi gərginliyin artmasında hərənin öz marağı var. ABŞ və Fransa regionda siyasi təsirlərini saxlamağa, Rusiya isə regionda daha çox hərbi iştirakçılığını genişləndirməyə çalışır. Ermənistan demokratik seçkilərdən sonra beynəlxalq reytinqini yüksəldib. Azərbaycana təzyiq etmək üçün ona yeni hərbi-siyasi gündəm lazımdır. Həmçinin Yeravan 44 günlük savaşın mənfi psixoloji-siyasi təsirlərini dəyişməyə can atır. Azərbaycanın Ermənistana qarşı haqlı hüquqi iddialarını arxa plana atmaq, diplomatik danışıqlarda yeni uğurlu mövqe əldə etmək istəyir.

Ermənistan Azərbayca­n sərhədlərinin ATƏT-in Minsk Qrupu çərçivəsində ABŞ, Fransa və Rusiyanın mandatı altında qorunmasına nail olmağa can atır. Ən pis halda sərhədlərin təhlükəsizliyini tamamilə Rusiyanın himayəsinə vermək və Azərbaycanı bütün mövqelərdə Rusiya ilə qarşı-qarşıya qoymaq planı var. Həmçinin, ATƏT-in Minsk Qrupunu da əvvəlki format və prinsiplərlə danışıqlar prosesinə qaytarmaq üçün əlavə bəhanə yaratmağa çalışır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar