Çərşənbə axşamı, 23 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Sergey Şoyqu: "Dondurulmuş münaqişələr aktivləşdirilir"

"Münaqişə potensialı dünyanın bir çox regionlarında artmaqdadır"

Bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının açılış mərasimində bildirib.

"İndi əsas tendensiya dünyanın müxtəlif regionlarında münaqişə potensialının artmasıdır. Dondurulmuş münaqişələr aktivləşdirilir. Yeni potensial silahlı qarşıdurma ocaqları yaranır, onların əksəriyyəti xaricdən qızışdırılır", - Rusiya Müdafiə naziri deyib.

S.Şoygu həmçinin Yaxın Şərqdə münaqişələrin davam etdiyini söyləyib.

"Yəməndə döyüşlər davam edir. Liviyadakı münaqişə yeni mərhələyə qədəm qoyur. Suriya və İraqda gərginlik qalmaqdadır. Afrikada terror qruplaşmalarının aktivliyi artır", - nazir vurğulayıb.

pia.az

Etiket: Sergey Şoyqu

Şərh yazın.

loading...