Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Sergey Lavrov və Əli Həsənovun oxşar mövqeyi

Rusiyanın erməni əsilli, anti-Azərbaycan mövqeli xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də ötən ilin xarici siyasət nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında Lavrova cəmi 20 sual verlib ki, onlardan ikisi Dağlıq Qarabağla bağlı olub. Avtoritar rejimin mövcud olduğu Rusiyada mətbuat konfransları da rejimin mahiyyətinə uyğun olur və kimin hansı sualı verəcəyi əvvəlcədən müəyyənləşdirilir.

Azərbaycan düşməni Lavrova Dağlıq Qarabağla bağlı iki sual veriləcəyi, suallların qoyuluşu da əvvəlcədən müəyyənləşdirilib. Suallardan birincisi erməni cəmiyyətinin adından səsləndirilib. Sual belədir: “Erməni cəmiyyətini narahat edən əsas məsələ Bakıdakı hərbi əsirlərlə bağlı vəziyyətdir. Anladığımız kimi, bu məsələnin həlli yolu tapılmır. Azərbaycan əsirlərlə manipulyasiya edir. Ermənilərin bütün ümidi Rusiyaya bağlıdır. Hərbi əsirlərin geri qaytarılması üçün nə edilir? Ermənistan bütün hərbi əsirləri təhvil verib, amma uyğun cavab almayıb. 9 Noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanan Bəyannamələrə uyğun olmayan proseslər gedir. Bu Bəyannamələrin gizli əlavələri varmı? Dağlıq Qarabağın statusu məsələsində hansı irəliləyiş var? Bu məsələ nə qədər təxrə salınıb? Qarabağda belə bir söhbət var ki, Rusiya bu prosesdə iştirak etdiyi üçün Dağlıq Qarabağın onun tərkibinə daxil edilməsinə baxıla bilər.Belə bir seçim nəzərdə tutulubmu?

“Erməni cəmiyyəti”nin adından səsləndirilən suala anti-Azərbaycan mövqeyindən cavablandıran Lavrov erməni “hərbi əsir”lərlə bağlı problem olduğunu təsdiq edərək rus hərbiçilərin onların yerini müəyyən etməyə çalışdığını bildirir. Hərbi əsirlərlə bağlı məsələ istisna olmaqla 9 Noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanan Bəyannamələrin effektli şəkildə icra olunduğunu bildirən Lavrov Bəyannamələrin gizli əlavələri olmadığını söyləyir. Rusiya “sülhməramlıları”nın “uğurlu fəaliyyəti”ndən uzun-uzadı danışan Lavrov Dağlıq Qarabağın statusunun mübahisəli olduğunu, İrəvan və Bakının mövqelərinin ziddiyət təşkil etdiyi üçün üç liderin bu məsələdən yan keçərək, bu məsələni gələcəyə saxladıqlarını bildirir.

Dağlıq Qarabağın Rusiyaya daxil edilməsi ilə bağlı təklifi ekzotik adlandıran Lavrov belə bir məsələnin gndəmdə olmadığını bildirsə də, bu torpaqların Azərbaycanın beynəlxalq itimaiyyət tərəfindən tanınmış ərazisi olduğunu dilinə gətirmir. Qarabağın müstəqilliyi heç kim tərəfindən, o cümlədən Ermənistan tərəfindən tanınmadığını, bölgədəki bütün məsələlərin burada yerləşən ölkələr, ilk növbədə Ermənistanla Azərbaycan arasında həll olunmalı olduğunu bildirir.

İkinci sual Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərinə Azərbaycanın etirazı ilə bağlıdır və Azərbaycanın etirazının nəzərə alınıb-alınmayacağı soruşulur.

Bu suala cavab olaraq Lavrov ErmənistanDağlıq Qarabağ arasında əlaqənin heç kim tərəfindən inkar edilmədiyini, onların bir-birindən ayrılması kimi məsələnin olmadğını və buna görə buna görə Laçın dəhlizinin bir konsepsiya olaraq heç kim tərəfindən rədd edilmədiyini bildirir. Eyni zamanda Laçın dəhlizinin Rusiya sülhməramlıların nəzarətində olduğunu bildirən Lavrov Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərini onların humanitar yardım prosesinə cəlb olunmaları ilə izah edir. Soyuna məxsus ikiüzlülüklə Lavrov Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfərini humanitar yardımların göstəriməsi ilə bağlı olduğu düşüncəsini aşılayır.

Rusiyanın erməni əsilli xarici işlərinin Azərbaycanın istiqlalı və suverinliyi əleyhinə bu mövqeyi qəbuledilməz olsa da, başa düşüləndir. Çünki, Lavrov müstəqil Azərbaycan dövlətinin iki ən qatı düşmənin, Rusiyanı və ermıniləri eyni zamanda təmsil edən şəxsdir. Üstəlik Azərbaycanın hakim partiyasının YAP-ın sədr müavini, 1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olmuş Əli Həsənov Azərbaycanın Xankəndi, Laçına və Kəlbəcərə daxil olmamasını Rusiyanın kənarda qalmamasına xidmət etməsi haqqında sözünü nəzərə alanda, Lavrovu ittiham etmək də doğru olmaya bilər? Çox maraqlıdır ki, Əli Həsəsnovun bu fikiri YAP tərəfindən təkzib olunmayıb.

Sabah 20 yanvar, qırmızı rus istilasına qarşı istiqlal davasında Azərbaycanın böyük şəhidlər verdiyi günün 31-ci il dönümüdür. Belə bir gün ərəfəsində Azərbaycanın bütün torpaqları üzərində suverinliyinin Sergey Lavrov və Əli Həsənov tərəfindən fərqli ifadələrlə, ancaq eyni məntiqlə şübhə altına alınması Azərbaycanda və ətrafında yaranmış vəziyyətin bariz göstəricisidir.

Azərbaycan xalqının onun torpaqları üzərində suverinliyini şübhə altına alanlardan hesab soracağı günün çox da uzaqda olmadığını, 20 yanvarda rus istilasına qarşı mübarizədə həyatlarını qurban vermiş şəhidlərimizn tökülən qanlarının bihudə getməyəcəyinə əminəm!

İstiqlal şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun!

Xaqani Cəfərli - politoloq

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – Son dəqiqə

“10 noyabrda Ermənistan Bakıya raket zərbələri endirdi” - Rus hərbi eksperdən sensasion bəyanat

“Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Bahar Muradova kimi adamlar...”

“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – Vəkildən sensasion açıqlama

Emin Ağalarov Xəzərin sahilində yeni obyektlər tikir - Fotolar

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

Ermənistanda hərbi çevriliş... - Rusiya səbr kasasını dolduran Paşinyanı bu dəfə yola sala biləcəkmi?

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb 

“İnvestisiya Holdinqindən çox böyük gözlənti var”

Bərdədə əməliyyat: Vəzifəli şəxs həbs edildi

Ən çox oxunanalar