Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlundan şok müxalifət dəyərləndirməsi: “Görək bunlar bizi haraya aparacaqlar...”

Müxalifətin dünənki Dəyirmi Masası hansısa zərurətdən doğdu, yoxsa bu formatda digər formatlar kimi tez bir zamanda dağılacaq?..

ADP sədri: “Əgər liderlər bir araya yığışıb öz aralarında hansısa birliyi yaratmaq qərarına gəliblərsə, ən azından öz tərəfdarlarına deməlidirlər ki, onlar pozuculuq işləri ilə məşğul olmasınlar”.

Görüş gedə-gedə onların tərəfdarlarının yazdıqları rəylərə baxırdım. Əli Kərimlinin tərəfdarları İsa Qəmbəri söyür, İsa Qəmbərin tərəfdarları Əli Kərimlini söyür, hökumətin tərəfdarları hər ikisin söyürdü. Bu cür yanaşma ilə inanmaq olarmı ki, onlar Azərbaycan xalqına hansısa xeyir verə bilərlər?”.

Bu sözləri Azərbaycan Demokrat Partiyasınnın sədri Sərdar Cəlaloğlu müxalifət partiyalarının birləşməsinin nəticəsini PİA.az-a şərh edərkən qeyd edib.

Noyabrın 5-də Müsavat Partiyasının qərargahında bir sıra müxalif siyasi qurum rəhbərlərinin, ekspertlərin ölkədəki ictimai-siyasi vəziyyət və bundan çıxış yolları ilə bağlı toplantısı keçirilib.

Qapalı toplantıdan öncə Dəyirmi Masa iştirakçıları mətbuat qarşısında açıqlama ilə çıxış ediblər.

Toplantıda siyasi ekspert kimi Hikmət Hacızadə və Mehman Əliyev, siyasətçilərdən Pənah Hüseyn, İsa Qəmbər, Əli İnsanov, Əli Kərimli və Arif Hacılı iştirak edib.

Milli Şura sədri Cəmil Həsənli və ReAL Partiyasının sədri İlqar Məmmədovun da dəvətli olduğu bildirilib. Amma qeyd edilib ki, onlar xaricdə olduğundan dəyirmi masaya qatıla bilməyiblər.

Toplantının təşkilatçısı Müsavat Partiyası başqanı A.Hacılı olub.

“Dəyirmi masa”nın qapalı müzakirəsindən sonra onlar toplantının nəticələrinə dair bəyanat yayıblar.

Bəyanatda yazılıb ki, “Dəyirmi Masa” iştirakçıları Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, Qarabağın işğaldan azad edilməsi və avtoritar rejimlə mübarizədə funksional razılığa gəliblər.

Dünən Azərbaycanda müxalifətin yenidən təməküzləşməsi prossesinə start verildi? Baş verən prosses hansısa zərurətdən doğdu, yoxsa bu formatda digər formatlar kimi tez bir zamanda dağılacaq?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Demokrat Partiyasınnın sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.

Sərdar Cəlaloğlu: “Gözləməliyik ki, Azərbaycanda AXCP, Müsavat tam sıradan çıxsın”.

30 ilə yaxındır ki, AXCP və Müsavat Azərbaycan müxalifətinin avanqard dəstələri kimi çıxış etdikərini və bütün məsuliyyəti üstlərinə götürdüklərini vurğulayan ADP sədri PİA.az-a açıqlamaslnda əlavə edib ki, onlar özlərini yeganə müxalifət, yerdə qalanları isə satqın, xəyanətkar hesab edirlər. Amma bu 30 il müddətində Azərbaycan müxalifəti bir addım da qabağa gedə bilməyiblər:

“Əvvala onu deyim ki, bizə dəvət gəlməyib. Ona görə biz də iştirak etməmişik. Məclisdə iştirak etməməyimizin başqa heç bir səbəbi yoxdur.

Onu da qeyd edim ki, keçirilən Dəyirmi Masa məni heç də maraqlandırmır. Çünki bu cür formatların yaranması 1993-cü ildən bəri bəlkə də mininci dəfə təkrar olunur. AXCPMüsavat Partiyası guya Azərbaycan xalqının problemləri ilə bağlı bir araya gəlirlər. Qısa müddətdən sonra müxtəlif bəhanələrlə əməkdaşlıqların dağıdırlar. Buna görə də camaatda ruh düşgünlüyü yaranır.

Dünən mən həmin görüşün qısa hissəsin izlədim. Görüş gedə-gedə onların tərəfdarlarının yazdıqları rəylərə baxırdım. Əli Kərimlinin tərəfdarları İsa Qəmbəri söyür, İsa Qəmbərin tərəfdarları Əli Kərimlini söyür, hökumətin tərəfdarları hər ikisin söyürdü. Bu cür yanaşma ilə inanmaq olarmı ki, onlar Azərbaycan xalqına hansısa xeyir verə bilərlər? Əgər liderlər bir araya yığışıb öz aralarında hansısa birliyi yaratmaq qərarına gəliblərsə, ən azından öz tərəfdarlarına deməlidirlər ki, onlar pozuculuq işləri ilə məşğul olmasınlar.

Sərdar Cəlaloğlu: “Bir 30 ildə gözləyək ki, bunların avanqardlığı ilə Azərbaycanda heç bir dəyişiklik etməin mümkün olmadığını xalq başa düşsün...”.

Azərbaycanın müxalifət cəbhəsindən heç bir nailiyyət gözləmirəm. Bunu tam məsuliyyətimlə deyirəm. Çünki 30 ilə yaxındır ki, AXCP və Müsavat Azərbaycan müxalifətinin avanqard dəstələri kimi çıxış edirlər və bütün məsuliyyəti üstlərinə götürüblər. Özlərini yeganə müxalifət, yerdə qalanları isə satqın, xəyanətkar hesab edirlər. Amma bu 30 il müddətində Azərbaycan müxalifəti bir addım da qabağa gedə bilməyiblər. Yəni bu adamların liderliyinin nəticəsi 30 ildir göz qabağındadır. Bir 30 ildə gözləyək ki, bunların avanqardlığı ilə Azərbaycanda heç bir dəyişiklik etməin mümkün olmadığını xalq başa düşsün. Onların nə elmi, nə də siyasi potensialları yoxdur. Ümumiyyətlə onların özlərinin siyasətdən xəbərləri yoxdur.

Dünən onlar ona görə yığışmışdılar ki, həmin ittifaqda bir-birlərini daha yaxşı məhv etsinlər. Çünki birləşmək üçün yığışıblar, amma liderlik üstündə mübarizə gedirdi. Onlar adlarını qoyublar siyasətçi tərəfdarlarını da internetdə otuzdurublar. Tərəfdarlarına demirlər ki, biz birlik üçün yığışmışıq söyüşü, qalmaqalı saxlayın. İsa Qəmbərin özü çıxışında dedi ki, yaxşı olar ki, bizləşək və söyüşlərə son qoyulsun. Demək söyüşlər bunların iradəsi ilə olur ki, indi də deyirlər son qoyaq.

Sərdar Cəlaloğlu: “Dünən onlar ona görə yığışmışdılar ki, həmin ittifaqda bir-birlərini daha yaxşı məhv etsinlər”.

Mən bu tunelin sonunda işıq üzü görmürəm. Gözləməliyik ki, Azərbaycanda AXCP, Müsavat tam sıradan çıxa. Ona qədər biz qalmasaq da, yeni müxalıf qüvvələr çıxacaq və doğrudan da müxalif cəbhəsi yaradacaqlar.

Guya bunlar müxalifəti birləşdirmək istəyirlər. 4 nəfər Müsavatdan, 2 nəfər AXCP-dən, 2 nəfər də kənar qüvvə çağırıb adın da müxalifət qoyublar. Elə birinci toplantıdan da hamısı deyir ki, bunu genişləndirmək lazımdır. Adama deyərlər ki, sən nəyi genişləndirsən?

Camaat da onlardan qərarlar gözləyəndə özləri heç nə edə bilmədikləri üçün əlavə qüvvələrin cəlb edilməsinə başlayırlar. Hansı zərurət varıydı ki, onlar mütləq o 6 qüvvəni yığıb pıça-pıç edib sonra deməliydilər ki, kim istəyir bizə qoşulsun. Xeyir ola? Mətbuatdan gizlin nə danışdılar? Bu vəziyyətdən sonra hansı ağılsız adam gedib onlara qoşular? Olanların hamısı xalqın gözünə kül üfürməkdən başqa heç nə deyil.

Mən bu fikirdəyəm ki, oraya daxil olmayan siyasi partiyalar kənarda qalmalıdır. Qəbul etməliyik ki, AXCP, Müsavat müxalifətə rəhbərlik edirlər. Onlar siyasi qərarlar qəbul etsinlər, biz də həmin qərarlara icraçı kimi dəstək verək... Görək bunlar bizi haraya aparacaqlar...

Biz indi bunlara qoşulsaq, sabah meydana çıxan uğursuzluqları üstümüzə yıxacaqlar. Deyirlər biz xalqı xilas edəcəyik, etsinlər də...

Bir necə yoldaş, yəni siyasi liderlər mənə müraciət etdilər ki, biz də birləşək. Mən dedim ki, indi onlara alternativ yaratmaq onların dəyirmanına su tökməkdir. Qəti alternativ yaratmaq olmaz. Çünki onlar iş görə bilməyəndə deyəcəklər ki, alternativə görə iş görə bilmədik. Ona görə də ən yaxşısı qıraqda dayanıb onlara dəstək verməkdir. Onlar nə deyirlər deyək bəli düz deyirsiz. Baxaq görək bunlar nə edəcəklər. Çünki başqa yolumuz yoxdur.

Bunlara nə qədər elmi yolla, təcrübələrlə başa salırsan görürsən ki, bu adamlar eqoist maraqları ilə siyasətdə çıxış edirlər.”

Nərminə UMUDLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar