Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlu: “Siyasi partiyaların dövlətin həyatında iştirakı kifayət qədər məhduddur”

ADP Sərdar Cəlaloğlu hesab edir ki, YAP-ın martın 5-nə nəzərdə tutulan islahatlar qurultayının cəmiyyətə təsiri olmayacaq...

“İndiki halda Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətinə təsiri yox dərəcəsindədir”.

PİA.az xəbər verir ki, bu sözləri Azərbaycan Demokratlar Partiyasının sədri Sərdar Cəlaloğlu hakim Yeni Azərbaycan Partiyasının bu həftəyə nəzərdə tutulan qurultayını PİA.az-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi martın 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək. Qurultay qərarı hələlik ictimaiyyətdən gizli saxlanılır. Partiya rəsmiləri və hakim partiyanın üzvü olan bəzi deputatlar bu məlumatı təkzib etməsələr də, təsdiq də etmirlər.

İddia olunur ki, martın 5-də keçiriləcək olan qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Məlumata görə uzun illlər boyu hakim partiyanın icraçı katibi olan Əli Əhmədov da partiyanın idarəetməsindən uzaqlaşdırılacaq. YAP-ın yeni rəhbərliyinə isə yerinə gənc kadrların seçiləcəyi bildirilir.

Bəs 28-ilə yaxındır ki, Azərbaycanda siyasi hakimiyyətdə olan bu partiyanın gəncləşdirilməsi cəmiyyətimizə və siyasi mühitə necə təsir edəcək?

PİA.az-ın əməkdaşı YAP-ın gözlənilən qurultayını ADP sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.

Sərdar Cəlaloğlu: “Qurultay partiyanın içində fundamental dəyişikliyə gətirib çıxara bilər”.

Ölkədə siyasi partiyalarla bağlı konstitutsion normaların olmadığından şikayətlənən ADP sədri PİA.az-a açıqlamasında qeyd edib ki, ötən illər ərzində siyasi partiyaların dövlətin həyatında iştirakı kifayət qədər məhdudlaşıb. Sərdar Cəlaloğlu hesab edir ki, bu üzdən də partiyanın rəhbərliyinin gəncləşdirilməsinin cəmiyyətə huss olunacaq təsirləri olmayacaq. Çünki 28 ildir hakimiyyətdə olmasına baxmayaraq, YAP hakim komandanın siyasi mərkəzi kimi çıxış etmir:

“İndiki halda Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətinə təsiri yox dərəcəsindədir. Ümumiyyətlə ölkədə siyasi partiyalarla bağlı konstitutsion normalar yoxdur. Həmçinin də ötən illər ərzində siyasi partiyaların dövlətin həyatında iştirakı kifayət qədər məhdudlaşıb.

Bütün bunlara görə düşünürəm ki, Yeni Azərbaycan Partiyasının qurultayı cəmiyyətə elə də ciddi təsir etməyəcək. Çünki 28 ildir hakimiyyətdə olmasına baxmayaraq, YAP hakim komandanın siyasi mərkəzi kimi çıxış etmir. Ona görə də hesab etmirəm ki, hakim partiyadakı dəyişikliklər cəmiyyətdə bu və ya digər şəkildə hiss olunacaq. Amma qurultay partiyanın içində fundamental dəyişikliyə gətirib çıxara bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Qurultay


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar