Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlu: “ABŞ səfirinin qadınlar haqqında dediyi fikirlərlə razı deyiləm”

Qadınların ictimai həyatdan kənarda qalmasında hansı faktorlar əsas rol oynayır?..

ADP sədri: “Adətən belə ideyalar səslənir ki, bu dəfə gənclər və qadınlar qabağa verilməlidir. Buna sosial mühəndislik deyilir. Sosial mühəndislik isə tarixdə çox acı nəticələrə gətirib çıxaran bir yanaşmadır”.

“O, ölkələrdə ki, demokratiya var, həmin ölkələrin siyasi, sosial və iqtisadi həyatında qadınlar geniş şəkildə iştirak edirlər. Amma o ölkələrdə ki, demokratiya yoxdur, orada qadınların hər hansı sahədə iştirakı çox aşağı səviyyədədir”.

Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qadınların Azərbaycanın siyasi, sosial və iqtisadi həyatındakı rolunu PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda keçiriləcək növbədənkənar seçkiləri dəyərləndirən ABŞ səfiri parlamentdə daha çox qadınların təmsil olunmasını arzulayıb.

Azərbaycanda qarşıdan gələn parlament seçkilərində yeni simalarla qarşılaşacağımıza dair gözləntimiz var. Ümid edirəm ki, seçilənlər arasında yeni qadın simalarla tanış olacağıq və onların arasında sahibkarlar da olacaq” - səfir bildirib.

Səfir qeyd edib ki, Azərbaycan hökumətinin ATƏT-in Parlament Assambleyasının və ATƏT-in Demokrat Təsisatlar və İnsan Hüquqları Bürosunun üzvlərinə seçkiləri müşahidə etmək üçün dəvətini alqışlayır: “Azad və ədalətli seçkilər bu ölkəni irəli apara bilər. Ona görə hökumətdən gözləntimiz həm beynəlxalq, həm də yerli müşahidəçilərə tam şəraitin yaradılması və onların dəstəklənməsidir”.

Bu da bir fakdır ki, Azərbaycanda yüksək vəzifədə olan qadınlar, o cümlədən xanım deputatlar çox azdır. Ümumiyyətlə qadınların Azərbaycanın siyasi, sosial və iqtisadi həyatındakı rolu qane edici hesab oluna bilərmi və qadınların ictimai həyatdan kənarda qalmasında hansı faktorlar əsas rol oynayır?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.

Sərdar Cəlaloğlu: “Elmira Süleymanovanın ölkədə hansısa, problemi həll etdiyini görən oldu? Təbii ki, görən olmadı, çünki heç bir iş görə bilmirdi”.

Bu gün qadınların parlamentdə az, ya çox təmsil olunması problemini deyil, ölkədə demokratikləşmə probleminin ortaya qoyumalı olduğuna diqqət çəkən ADP sədri mövzu ilə bağlı PİA.az-a açıqlamasında bildirib ki, əsas məsəl ölkədə ədalətli və qanuni seçki mühitinin formalaşdırılması olmalıdır. Bu olarsa prosses özü öz seçimini edəcək və qadınlarımı, gənclərimi, kişilərimi qabağa şıxacağı obyektiv olaraq görünəcək:

“Qadınların ölkənin siyasi, sosial və iqtisadi həyatındakı rolu demokratik problemdir. Azərbaycanda demokratik cəmiyyət demək olar ki, yoxdur. O, ölkələrdə ki, demokratiya var, həmin ölkələrin siyasi, sosial və iqtisadi həyatında qadınlar geniş şəkildə iştirak edirlər. Amma o ölkələrdə ki, demokratiya yoxdur, orada qadınların hər hansı sahədə iştirakı çox aşağı səviyyədədir.

Ümumiyyətlə demokratiya dövlətin və cəmiyyətin həyatında vətəndaşların azad, maneəsiz iştirakını nəzərdə tutdur. Buna görə də əslində demokratiya olan yerdə təkcə qadınlardan söhbət getmir. Demokratiya olmayan yerdə sosial qrupların heç bir cəmiyyətdə azad və bərabər şəkildə dövlətin həyatında iştirak edə bilmir. Bu baxımdan sosial qruplar da ayrı seçkiliyə məruz qalır. O cümlədən kişilər və gənclər də belə bir cəmiyyətdə azad şəkildəseçkilərdə iştirak edə bilmirlər.

Bu gün biz qadınların parlamentdə müəyyən bir miqdardan artıq təmsil olunması problemini ortaya qoymamalıyıq. Biz ölkədə demokratikləşmə problemini ortaya qoymalıyıq. əsas məsəl ölkədə ədalətli və qanuni seçki mühitinin formalaşdırılması olmalıdır. Bu olarsa prosses özü öz seçimini edəcək və qadınlarımı, gənclərimi, kişilərimi qabağa şıxacağı obyektiv olaraq görünəcə. Həmçinin bu proses cəmiyyətin özünün inkişaf və düşüncə sistemi ilə bağlı ilə də bağlıdır.

Sərdar Cəlaloğlu: “Parlamentdə 5-6 qadın var. Həmin qadınlar da demək olar ki, heç bir parlamentar fəaliyyət ortaya qoya bilmədi”.

Adətən belə ideyalar səslənir ki, bu dəfə gənclər və qadınlar qabağa verilməlidir. Buna sosial mühəndislik deyilir. Sosial mühəndislik isə tarixdə çox acı nəticələrə gətirib çıxaran bir yanaşmadır. Bu vaxta qədər sosial mühəndisliklə heç kəs irəliyə gedə bilməyib. Hər şey təbii şəkildə inkişaf etməlidir. Məsələn ABŞ-da 1966-cı ilə qədər qadınların seçki hüququ yox idi. Buna görə də ABŞ Konqresində bir nəfər də olsun qadın yox idi. Amma bu gün ABŞ Konqresində daha çox üstünlüyü qadınlar təşkil edir.

Azərbaycanda isə 1918-ci ildə qadınların seçki hüququ tanınmasına baxmayaraq indi parlamentdə 5-6 qadın var. Həmin qadınlar da demək olar ki, heç bir parlamentar fəaliyyət ortaya qoya bilmədi. Bahar MuradovaQənirə Paşayeva istisna olmaqla parlamentdə təmsil olunan qadınlar nəyinki parlamental fəaliyyət heç bir nümunə ortaya qoya bilmədi. Məsələn Zeynəb Xanlarova 4 dəfə parlamentdə təmsil olundu. Zeynəb Xanlarova bir dəfə ağzını açıb bir qanunverici orqanı təmsil edən şəxs kimi nə qanunlar, nə ölkədəki vəziyyət, nədəki dövlət haqqında ağıllı söz demədi. Zeynəb Xanlarova nə vaxt parlamentdə söz dedi gülüş hədəfi oldu. Belə qadınların suni şəkildə parlamentə gətirilməsi əslinə baxanda dövləti süquta aparır.

Həmçinin uzun illər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanı misal göstərmək olar. Bu qadın 82 yaşa qədər ombudsman oldu. Amma Elmira Süleymanovanın ölkədə hansısa, problemi həll etdiyini görən oldu? Təbii ki, görən olmadı, çünki heç bir iş görə bilmirdi. Ölkədə o cür vəzifəni daşıyan, yəni İnsan Hüquqları üzrə Müvəkkil olan bu qadının sadəcə olaraq adı var idi.

Hətta bir vaxtlar hazırkı parlamentdəki qadınlar haqqında deyilirdi ki, parlamenti hərəmxana ediblər. Yəni hərə öz sevgilisini, məşuqəsini gətirib parlamentə salıb. Bu cür qadınların parlamentdə üstünlük təşkil etməsi Azərbaycan cəmiyyətinə heç nə ver bilməz. Buna görə də biz ümumiyyətlə ölkədə demokratiyanın problemini qaldırmalıyıq. Ölkədə vətəndaşların cəmiyyətin və dövlətin həyatında iştirak hüququndan danışmalıyıq. Vətəndaşın qadını, kişisi, cavanı qocası yoxdur.

Sərdar Cəlaloğlu: “Ölkədə vətəndaşların cəmiyyətin və dövlətin həyatında iştirak hüququndan danışmalıyıq. Vətəndaşın qadını, kişisi, cavanı qocası yoxdur”.

Sadəcə olaraq vətəndaş siyasi, hüquqi termindir. Vətəndaş ölkənin həyatında iştirak edən, konkret olaraq dövlətlə hüquqi münasibətlərə girmək istəyən insan deməkdir. Buna görə də biz Azərbaycanda vətəndaşlıq institutunun təşəkkül tapmasını, möhkəmlənməsini tələb etməliyik, nəyinki qadınların, kişilərin, cavanların sosial hüquqlarının suni surətdə dövlətin və cəmiyyətin həyatında iştirak payından danışmalıyıq.

Düşünürəm ki, Azərbaycanda demokratiya inkişaf edəcəyi təqdirdə sosial qrupların ölkə həyatındakı rolu problem olmayacaq. Buna görə də əsas məsələ demokratikləşmədir.

Yuxarıda dediyim səbəblərə görə də ABŞ səfirinin Azərbaycan parlamentində daha çox qadınların təmsil olunması fikri ilə razı deyiləm”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar