Bazar ertəsi, 18 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Sərbəst güləş üzrə yığmamız Türkiyədə birinci yeri tutdu

İstanbulda keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə yekun vurulub...

Ümumilikdə 4 qızıl, 1 gümüş və 6 bürünc medal əldə edən kişilərdən ibarət millimiz komanda hesabında 180 xalla 1-ci yeri tutub.

Sərbəst güləşçilərimizdən Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq), Camaləddin Məhəmmədov (125 kq) qızıl, İntiqam Vəlizadə (61 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Şamil Zubairov (92 kq) isə bürünc medala sahib olublar.

Yarışlarda Türkiyə komandası 2-ci, Gürcüstan yığması isə 3-cü olub.

Sonuncu yarış günündə qadın güləşçilərimizdən Tatyana Omelçenko (62 kq) gümüş, onunla eyni çəkidə çıxış edən Elmira Qəmbərova isə bürünc medal qazanıb. Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan qadınlardan ibarət yığmamız 99 xalla komanda hesabında 2-ci yeri tutub. Türkiyə 1-ci, Bolqarıstan isə 3-cü olub.

Qeyd edək ki, memorialda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rusiya Azərbaycan üzərindən Ermənistana hərbi yük daşıyır...

“İlham Əliyev istəsəydi, Xankəndiyə də girərdi, amma...” - Əli Həsənov

Çavuşoğlu türk bazalarına aydınlıq gətirdi: "Ehtiyac olsa, Azərbaycanla ikitərfli anlaşma imzalayarıq"

“Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir və...”

Sabahdan bu müəssisələrdə vaksinasiya aparılacaq - Siyahı

Ailədə 10 nəfərik, hamımız evdə oturub dost-tanış verəndən yeyirik – Tanınmış aktyor

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

Vəkil: “Əks halda, Mehdiyevin, Həsənovun qurduqları cinayətkar, əxlaqsız iş prinsipi davam edəcək”

loading...

Ən çox oxunanalar