Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Separatçı Fəxrəddin Abbasov saxlanıldığı təcridxanadan “yoxa çıxdı”

Ötən il Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Rusiyada saxlanılan talış separatçısı Fəxrəddin Abbasov (Faxrodin Aboszoda) Lyubertsı şəhər İstintaq Təcridxanasından “yoxa çıxıb”.

Bu haqda “Amnesty İnternational” beynəlxalq insan haqlarını müdafiə təşkilatındakı mənbə bildirib. Daha sonra Abbaszadənin vəkili məlumatı təsdiqləyib.

F.Abbaszadə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən bir sıra ağır cinayətlərdə, o cümlədən konstitusion quruluşu zorakı yolla dəyişdirmək çağırışlarında ittiham olunur. Bu separatçı Ermənistan xüsusi xidmət orqanları və Rusiyadakı erməni dairələri ilə sıx bağlıdır, onlarla əməkdaşlıq edərək Azərbaycana qarşı neçə ildir separatçı-qızışdırıcı fəaliyyətlə məşğul olurdu. Nəhayət 2018-ci ilin sentyabrında Rusiya hüquq-mühafizə orqanları Moskva ətrafındakı Lyubertsı şəhərində onu saxladı və barəsində həbs qətimkan tədbiri seçdi. Lakin Abbaszadənin Azərbaycana ekstradisiyası müəmmalı şəkildə ləngiyirdi. Ermənilər isə onun azadlığa buraxılması üçün geniş kampaniya aparmaqda idi.

Məlumata görə fevralın 27-də səhər saatlarında Abbaszadənin saxlanıldığı təcridxanaya hansısa adamlar gəliblər və ona Baş prokurorluğun məktubunu təqdim ediblər. Məktubda Abbaszadənin azad edilməsi qərarı yer alırmış. Gələnlər onu özləri ilə aparıblar, amma Abbaszadənin şəxsi əşyaları təcridxanada qalıb.

Abbaszadənin işi üzrə məhkəmə iclası fevralın 28-nə təyin edilmişdi və onun yerini müəyyən etmək mümkün olmadığından iclas martın 18-nə təxirə salınıb. Hazırda Abbaszadənin yeri barədə heç nə məlum deyil. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar